Məhkəmə qərarları › İş №2(037)-943/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-943/2020

04.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-943/2020 04.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin cavabdeh Şərı̇ fov Elvı̇ n Kamran oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Şərı̇ fov Elvı̇ n Kamran oğlundan (bundan sonra cavabdeh) 537,26 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsməsi nəticəsində xx xxxx 2020-ci il tarixli akta əsasən meşə fonduna 537,26 manat maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 537,26 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx xxxx 2020-ci il tarixli 60133 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş həcm qiymət cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, xx xxxx 2020-ci il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşı tərəfindən araşdırılma aparılan zaman Şərı̇ fov Elvı̇ n Kamran oğlu tərəfindən diametləri 48 sm, 52 sm və 56 sm olan fıstıq cinsindən, ümumilikdə 03 ədəd kök ağaclar kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 537,26 manat olduğu müəyyən edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, xx xxxx 2020-ci il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşı tərəfindən araşdırılma aparılan zaman Şərı̇ fov Elvı̇ n Kamran oğlu tərəfindən diametləri 48 sm, 52 sm və 56 sm olan fıstıq cinsindən, ümumilikdə 03 ədəd kök ağaclar kəsilmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində təbiətə cəmi 537,26 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt və həmin akt əsasında tərtib edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq cavabdehdən 537,26 manat maddi ziyan məbləğinin ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin qanunsuz olaraq meşə materiallarından istifadə etməsi nəticəsində təbiətə 537,26 manat maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Şərı̇ fov Elvı̇ n Kamran oğlundan 537 (beş yüz otuz yeddi) manat 26 (iyirmi altı) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı X1 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Cavabdeh Şərı̇ fov Elvı̇ n Kamran oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar