Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-950/2021 12.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Fəxrəddı̇ n oğluna qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 12 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh Fəxrəddı̇ n oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək 304 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh Fəxrəddı̇ n oğlu arasında 08.07.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 659 manat olan bir ədəd “Samsung A750 Black” markalı telefon almışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı telefonun dəyərini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin ödəniş olaraq 60 manat, müqavilə bağlandıqdan sonra 295 manat ödəniş etmiş, daha sonra heç bir ödəniş etməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh üzrlü səbəblər olmdan ümumi borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. İddiaçı 304 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçının nümayəndəsi Emin Eminzadə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Fəxrəddı̇ n oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 08.07.2019-cu il tarixli ******* alqı-satqı müqaviləsi və 1 saylı əlavədən görünür ki, cavabdeh ilkin ödənişi 60 manat olan 12 ay ödəniş cədvəli üzrə 50 manat olmaqla cəmi 659 manat dəyərində “Samsung A750 Black” markalı telefon almışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, cavabdehə əsas borc öhdəliyini ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 01.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 19 avqust 2021-ci il tarixə cavabdehin 08.07.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə əsas borcu 304 manat təşkil edir. 03 sentyabr 2021-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 08.07.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin şərtləri Cavabdeh Fəxrəddı̇ n oğlu tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 08.07.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 304 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 08.07.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, “Samsung A750 Black” markalı telefon üçün 304 manat əsas borc və 20 manat dövlət rüsumu, cəmi 324 manat məbləğində pul məbləği Cavabdeh Fəxrəddı̇ n oğlundan alınaraq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Fəxrəddı̇ n oğlundan 304 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 324 (üç yüz iyirmi dörd) manat məbləğ alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-950/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-950/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver