Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-955/2021 19.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 336 manat əsas, 76 manat dəbbə pulu və 20 manat dövlət rüsumu – cəmi 432 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 29 yanvar 2020-ci il tarixdə ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 388 manat olan “Honor 7 C Pro 3 GB/32GB Black (LND-L29) markalı telefon almışdır. Cavabdeh aldığı malın dəyərini 12 ay ərzində ödəməli idi. Müqavilə üzrə cəmi 32 manat ödəniş olunmuşdur. Cavabdehin müqavilə üzrə 336 manat borcu qalmışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% miqdarında dəbbə pulu ödəməlidir. Cavabdehə 23 avqust 2021-ci il tarixə 76 manat dəbbə pulu hesablanmışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən 336 manat əsas, 76 manat dəbbə pulu və 20 manat dövlət rüsumu – cəmi 432 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə ilasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinə dair münasibətini bildirməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Tərəflər arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 368 manat dəyərində “Honor 7 C Pro 3 GB/32GB Black (LND-L29)” markalı mobil telefon satılmışdır. Cavabdeh 12 ay ərzində hər ay 31 manat olmaqla 368 manat məbləğini iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı ödənişləri vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% miqdarında dəbbə pulu ödəməlidir. 18 avqust 2021-ci il tarixli çıxarışdan görünür ki, cavabdeh ******* nömrəli müqavilə üzrə 32 manat ödəniş etmiş, 336 manat borcu qalmışdır. 23 avqust 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 336 manat əsas, 76 manat cərimə olmaqla 412 manat borc öhdəliyinin 7 gün ərzində icra etməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. 08 sentyabr 2021-ci il tarixli maliyyə arayşından görünür ki, cavabehdehin 29 yanvar 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 336 manat əsas və 76 manat cərimə - cəmi 412 manat borcu vardır. 10 sentyabr 2021-ci il tarixli 20968 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh 12 ay müddətinə hər ay 31 manat ödəniş etmək şərti ilə 368 manat dəyərində “Honor 7 C Pro 3 GB/32GB Black (LND-L29)” markalı mobil telefon satılmışdır. Cavabdeh müqavilə üzrə cəmi 32 manat ödəniş etmiş, 336 manat borcu qalmışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı ödənişləri vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% miqdarında dəbbə pulu ödəməlidir. Cavabdehin əsas borcuna 76 manat dəbbə pulu hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən 336 manat əsas, 76 manat dəbbə pulu və 20 manat dövlət rüsumu – cəmi 432 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 76 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 76 manat dəbbə pulu tutulmasına dair hissədə qismən – 30 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 336 manat əsas, 30 manat dəbbə pulu və 20 manat dövlət rüsumu – 386 manat məbləği alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 336 manat əsas, 30 manat dəbbə pulu və 20 manat dövlət rüsumu olmaqla cəmi 386 (üç yüz səksən altı) manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-955/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-955/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver