Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-969/2021 25.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 25 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən Gorenje markalı soyuducu, soba, aspirator, plitə, mikrodalğalı soba üçün 5613 manat ödənilməmiş hissə, 984 manat dəbbə pulu, cəmi 6597 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, işə nümayəndənin iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 328,5 manat ödəmək şərti ilə 5913 manat dəyərində Gorenje markalı soyuducu, soba, aspirator, plitə, mikrodalğalı soba satılmışdır. Cavabdeh müqavilə üzrə 300 manat ödəniş etmişdir. Müqavilənin şərtlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən 5613 manat ödənilməmiş hissə, 984 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı cavabdehdən müqavilə üzrə cəmi 6597 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinə dair münasibətini bildirməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. 08 oktyabr 2020-ci il tarixli 21233014 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 328,5 manat ödəniş etmək şərtilə 5913 manat dəyərində Gorenje markalı soyuducu, soba, aspirator, plitə, mikrodalğalı soba satılmışdır. 02 avqust 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilımişdir. 07 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 08 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 5913 manat məbləğindən 300 manat ödəniş etmiş, 5613 manat ödənilməmiş hissə və 984 manat dəbbə pulu olmaqla cəmi 6597 manat borcu qalmışdır. 08 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 328,5 manat ödəmək şərti ilə 5913 manat dəyərində Gorenje markalı soyuducu, soba, aspirator, plitə, mikrodalğalı soba almışdır. Cavabdeh müqavilə üzrə cəmi 300 manat ödəniş etmişdir. Cavabdehin 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən 5613 manat ödənilməmiş hissə, 984 manat dəbbə borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğinin ödənilməsi təmin olunmamışdır. İddiaçı 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən Gorenje markalı soyuducu, soba, aspirator, plitə, mikrodalğalı soba üçün 5613 manat ödənilməmiş hissə, 984 manat dəbbə pulu, cəmi 6597 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə dair münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 08 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 984 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 08 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 984 manat dəbbə pulu tutulmasına dair hissədə qismən – 300 manat həddində təmin edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən 5613 manat əsas və 300 manat dəbbə pulu, 30 manat dövlət rüsumu – cəmi 5943 manat məbləğinin alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08 oktyabr 2020-ci il tarixli müqavilə üzrə Gorenje markalı soyuducu, soba, aspirator, plitə, mikrodalğalı soba üçün 5613 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 5943 (beş min doqquz yüz qırx üç) manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-969/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-969/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver