Məhkəmə qərarları › İş №2(037)-979/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-979/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-979/2021 25.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Əlı̇ yev Əlyusı̇ f Cahangı̇ r oğluna qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə 25 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Əlı̇ yev Əlyusı̇ f Cahangı̇ r oğlu (bundan sonra cavabdeh) ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 9016,68 manat əsas borc, 2871,96 manat faiz borcu, cəmi 11888,64 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 21 faiz olmaqla, 39 ay müddətinə 9980 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri iddiaçıya ödəməkdən yayınmış və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini, cavabdehdən 9016,68 manat əsas borc, 2871,96 manat faiz borcu, cəmi 11888,64 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 21 faizlə 39 ay müddətinə 9980 manat kredit götürmüşdür. Bir müddət müqavilə üzrə ödənişlər etsə də, sonradan maddi vəziyyəti çətinləşdiyindən borcunu ödəyə bilməmişdir. Kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə etirazı yoxdur. O, kredit borcundan ayda 20-30 manat ödəyə biləcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. 25 noyabr 2019-cu il tarixli CC/52969/72/14 nömrəli kredit sazişindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 9980 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 25 noyabr 2019-cu il tarixli CC/52969/72/14 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 30 iyul 2020-ci il tarixli razılaşmadan görünür ki, kredit müddəti 25 noyabr 2022-ci il tarixdən etibarən 3 ay müddətinə uzadılmışdır. 02 sentyabr 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi barədə ona xəbərdarlıq edilmiş və əks halda qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi izah olunmuşdur. 13 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin 25 noyabr 2019-cu il tarixli krediti müqaviləsinə əsasən 9016,68 manat əsas borc və 2871,96 manat faiz borcu vardır. 13 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 21 faiz olmaqla, 39 ay müddətinə 9980 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 30 iyul 2020-ci il tarixli razılaşmaya əsasən kredit müddəti 25 noyabr 2022-ci il tarixdən etibarən 3 ay müddətinə uzadılmışdır. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri iddiaçıya ödəməkdən yayınmış və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsini, cavabdehdən 9016,68 manat əsas borc, 2871,96 manat faiz borcu, cəmi 11888,64 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, bir müddət müqavilə üzrə ödənişlər etsə də, sonradan maddi vəziyyəti çətinləşdiyindən borcunu ödəyə bilmədiyini, kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə etirazının olmadığını, kredit borcundan ayda 20-30 manat ödəyə biləcəyini bildirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə cavabdeh Əlı̇ yev Əlyusı̇ f Cahangı̇ r oğlu arasında bağlanmış kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Əlı̇ yev Əlyusı̇ f Cahangı̇ r oğlundan 9016,68 manat əsas borc, 2871,96 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 11918 (on bir min doqquz yüz on səkkiz) manat 64 (altmış dörd) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar