Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-1/2025 07.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X5rşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 10.780 manat pulunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, o, hazırda Masallı rayonu Hüseynhacılı kəndində yaşayır. 01 may 2021-ci il tarixdən başlayaraq cavabdeh onunla iş qurmuş və bir müddət bir yerdə işləmişlər. Lakin sonradan cavabdeh onun pulunu vaxtında qaytarmadığına görə ona 10.780 manat borcu yaranmışdır. Dəfələrlə pulunu ondan tələb etmişdir lakin cavabdeh müxtəlif bəhanələr gətirməklə pulunu verməmişdir.Cavabdeh telefonun nömrəsini söndürmüş onunla əlaqə saxlaya bilməmişdir. Hazırda onun pulundan onu məhrum etmişdir.Ona görədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehdən 10.780 manat pulun alınıb ona ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçıla birlikdə işləməmişdir. Onun Samura borcu yoxdur. Hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Onunla maşın alveri olub cavabdehdə «Mercedes» markalı avtomobil, qarşı tərəfdə isə «BMW» markalı avtomobil olmuşdur. Onlar həmin avtomobilləri dəyişmişlər. Cavabdehin avtomobili kreditdə olmuş, Avtomobil cavabdehə qaytarlmış, sonra 500 manat onun pulundan kəsib öz cibindən də 250 manat pul qoyub avtomobili yığdırmışdır. Yəni, onlar arasında pul haqq-hesabının olması yalandır. Aralarında heçbir müqavilə olmamışdır. Cavabdehin avtomobili kreditdə olubdur. Qarşı tərəfə həmin avtomobili kreditə verib ilkin ödənişə 3000 manata almışdır. Köhnə «BMW» markalı avtomobili qarşı tərəf kreditin ödənişini vermişdir. Cavabdeh iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə X2 adına olan 4****3641 №-li plastik bank kartına 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı borc münasibətdən irəli gələn əsaslardan çıxış edir. İddiaçının iddia etdiyi zaman, yəni 2021-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-nin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlər maddi və prosessual hüquq normalarının tələbi baxımından məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc verən razılaşdırılmış borc məbləğini borc alanın mülkiyyətinə verməli, borc alan isə tərəflər arasında razılaşdırılmış vaxtda aldığı borc məbləğini borc verənə qaytarmalıdır. Borcun mövcudluğu ilk növbədə iddia edən tərəfindən sübuta yetirilməli, yəni iddia edən borcun mövcudluğu ilə bağlı sübutları təqdim etməlidir. Bu hal öz təsdiqini tapdığı halda isə borcun qaytarılması ilə bağlı sübuta yetirilmə yükü artıq iddiaçının deyil, cavabdehin üzərinə düşür. Lakin işin hallarından göründüyü kimi, İddiaçı cavabdehin ona borc pul verməsini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi qəbzə münasibətdə qeyd edir ki, həmin qəbzi cavbdehlə iddiaçının arasında borc hüquq münasibətlərinin mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qəbul etmək olmaz. Belə ki, xx.xx.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə X2 adına olan 4****3641 №li plastik bank kartına 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Əvvəla qəbzdə qeyd olunan məbləğin kim tərəfindən cavabdehə göndərilməsi, həmin məbləği məhz borc məbləği kimi cavabdehin mülkiyyətinə verilməsi, yaxud da əvvəllər alınmış hər hansı alınmış borc məbləğinin qaytarılması olması qəbzdən müəyyən olunmur. İddiaçıya isə tərəflər arasında etibarlı borc hüquq münasibətlərinin mövcudluğu təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif olunsa da, sonuncu bununla bağlı heç bir mötəbər sübüt təqdim etməmişdir. Ona görə də məhkəmə iddianı əsassız hesab edir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia sübuta yetmədiyindən təmin olunmamalıdır. Göstərilənlərə əsasən, MPM-nin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh X3 qarşı «10.780 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi» barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(038)-1/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-1/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver