Məhkəmə qərarları › İş №2(038)-100/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-100/2023

02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-100/2023 02.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi, İddiaçı Cavabdeh Əlküşad oğlunun iştirakları ilə. İddiaçı Cavabdeh Əlküşad oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Əlküşad oğluna qarşı iddia qaldıraraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Yardımlı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)- 333/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər bir uşaq üçün 100 manat,cəmi 200 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 192 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 220 manat, cəmi 440 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki ki, Cavabdeh Əlküşad oğlu ilə 2009-cu il tarixdə nikaha girməklə evlənmişlər və nikahlarını 02 iyun 2010-cu il tarixdə Yardımlı rayon İHB-nin Avaş kənd İƏD üzrə nümayəndəliyində 03 nömrə ilə rəsmi qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pozulduğu üçün 02 dekabr 2015-ci il tarixdə ayrılmışlar. Cavabdeh yetkinlik yaşına çatmamış uşaqlarına maddi yardım göstərmədiyi üçün uşaqların saxlanılması üçün Yardımlı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 saylıl qətnaməsi ilə hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hal-hazırda Yardımlı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçun 220 manat məbləğində müəyyən edilmişdir. Uşağın bütün qayğı və ehtiyaclarını özü çəkir, cavabdeh tərəfindən uşağa qarşı heç bir diqqət və qayğı göstərilmir. Ona görə də “aliment məbləğinin artırılması'’ barədə qətnamə çixarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əlküşad oğluna məhkəmə iclasında göstərdi ki, İddiaçı ilə 2009-cu il tarixdə nikaha girməklə evlənmişlər və nikahlarını 02 iyun 2010-cu il tarixdə Yardımlı rayon İHB-nin Avaş kənd İƏD üzrə nümayəndəliyində 03 nömrə ilə rəsmi qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pozulduğu üçün 02 dekabr 2015-ci il tarixdə ayrılmışlar. Yardımlı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 saylıl qətnaməsi ilə hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Daimi iş yeri olmadığından və xəstə olduğundan aliment borcunu tam ödəyə bilməmişdir. Maddi vəziyyəti yaxşı olmadığından alimentin miqdarının artırılmasına razı deyil. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 yanvar 2011-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh Əlküşad oğlu, anası İddiaçıdır. Yardımlı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşaq üçün 100 manat,cəmi 200 manat sabit pul məbləğində aliment müəyyən edilmişddir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 fevral 2013-cü ildə doğulmuşdur. Uşağın atası Cavabdeh Əlküşad oğlu, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh Əlküşad oğlu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 atasının Cavabdeh Əlküşad oğlu, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Yardımlı rayon məhkəməsinin 2(038)-33/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə hər uşağa görə 100 manat aliment miqdarı müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşağın ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və uşağın əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Bununla belə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, hr ay ödənilməli olan aliment məbləğinin bir uşaq üçün 150 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh Əlküşad oğlundan uşaqların saxlanılamsı üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 170 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 150 manat müəyyən olunmaqla Cavabdeh Əlküşad oğlundan alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar