Məhkəmə qərarları › İş №2(038)-106/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-106/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-106/2025 25.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, itirilmiş elektron nəzarət vasitələrinin dəyəri olan 2.541,01 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə Yardımlı rayonu, Qabaqdibi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Qabaqdibi kəndində qeydiyyatda olan Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-707/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Məhkəmə hökmünün surəti və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2024-cü il tarixdə İddiaçınə daxil olmuş və icraata götürülmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçınə gələrək qeydiyyata alınmışdır. Həmin tarixdə hüquq və vəzifələri, habelə elektron nəzarət vasitələrindən istifadə qaydaları izah edilməklə yaşayış yerində ona tam komplektasiyada və işlək vəziyyətdə olmaqla “Attenti” markalı, sadə elektron nəzarət vasitələri tətbiq edilmiş və bu barədə məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh həmin protokola imza etmişdir. Cavabdeh habelə elektron nəzarət vasitələrinin dəyəri barədə məlumatlandırılmış və həmin vasitələrin itirilməsinə, zədələnməsinə, habelə digər üsulla yararsız vəziyyətə salınmasına görə daşıyacağı maddi məsuliyyət xüsusi olaraq onun nəzərinə çatdırılmışdır. Cavabdeh azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırdığına görə onun barəsində Yardımlı Rayon Məhkəməsinə müvafiq təqdimatla müraciət olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 7(038)-9/2024 saylı qərarı ilə təqdimat təmin edilərək cəzanın çəkilməmiş hissəsi 02 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Həmin tarixdə Cavabdeh elektron nəzarət vasitələrini probasiya qurumuna təhvil verməsi tələb olunduqda, o, xx.xx.2024-cü il tarixdə Yardımlı şəhəri ərazisində elektron qolbağı qəsdən açdığını və digər avadanlıqlarla birlikdə tullayıb itirdiyini və Bakı şəhərinə getdiyini, habelə onun üçün maraqsız olduğundan tutulduğu tarixədək həmin avadanlıqların aqibətindən məlumatsız olduğunu, hazırda da həmin avadanlıqların aqibəti barədə məlumatsız olduğunu bildirərək elektron nəzarət vasitələrini probasiya qurumuna təhvil verməmişdir. Elektron nəzarət vasitələrinin dəyərinin və həmin vasitələrin zədələnməsi, digər üsulla yararsız vəziyyətə salınması, habelə itirilməsi hallarında daşıyacağı maddi məsuliyyətin xüsusi olaraq nəzərinə çatdırılmasına və bu barədə müvafiq protokola imza etməsinə baxmayaraq, Cavabdeh həmin elektron nəzarət vasitələrini tullayaraq qəsdən itirmiş, daha sonra isə həmin vasitələrin aqibəti barədə maraqlanmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar olaraq penitensiar müəssisədən azadlığa buraxılmışdır. Bundan sonra ünvanına rəsmi qaydada bildiriş göndərilməklə, habelə telefon əlaqəsi saxlanılmaqla elektron nəzarət vasitələrinin dəyəri olan 2541,01 manat məbləğində pul vəsaitinin müvafiq bank hesabına ödənilməsi təklif olunmuşdur. Cavabdeh telefon əlaqəsi zamanı vurduğu maddi ziyanı etiraf edərək qeyd edilən məbləğdə pul vəsaitini müvafiq bank hesabına ödəməyə razı olduğunu bildirsə də, hazırki tarixədək Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh üzərinə qoyulmuş vəzifələrin icrasına cinayətkarcasına münasibət nəticəsində, istifadəsində olmuş elektron nəzarət vasitələrini qəsdən itirmiş, bununla da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2.541,01 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh 05 mart 2024-cü il tarixdə İddiaçındə qeydiyyata alınmış və həmin gün yaşadığı ünvanda ona hüquq və vəzifələri eyni zamanda elektron nəzarət vasitəsindən istifadə qaydaları və elektron nəzarət vasitənin qəsdən itirilməsinə, zədələnməsinə və digər üsulla yararsız vəziyyətə salınmasına görə məsuliyyəti izah edilmişdir. Lakin, cavabdeh 11 iyul 2024-cü il tarixdə özbaşına Bakı şəhərinə getməklə azadlığın məhdudlaşdırılması növündə cəzanın qərəzli şəkildə pozulması halına yolvermişdir. Daha sonra Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən İddiaçınə gətirilmişdir. Cavabdeh üzərində olan elektron nəzarət vasitəsini qəsdən açaraq Yardımlı rayon ərazisində olan dərəyə atmışdır. İddianı müdafiə edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-707/2023 saylı hökmündən görünür ki, Cavabdeh barəsində 08 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Yardımlı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(038)-9/2024 saylı qərarından görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-707/2023 saylı hökmü ilə Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 ay 5 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 2 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Cavabdeh 05 mart 2024-cü il tarixli izahatından görünür ki, o, törətdiyi cinayət əməllərini etiraf etmiş, məhkəmə hökmü ilə üzərinə qoyulmuş vəzifələri tam olaraq yerinə yetirəcəyi və icra məmurunun(probasiya üzrə) çağırışlarına gələcəyi barədə söz vermişdir. 17 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, məhkum Cavabdeh istifadəsində olmuş elektron nəzarət vasitəsini Yardımlı rayon probasiya qurumuna təhvil verməmişdir. 03 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Cavabdeh vurduğu maddi ziyanı etiraf etmiş, habelə bir neçə gün ərzində İddiaçınə gələrək maddi ziyanı müvafiq bank hesabına ödəyəcəyini və ödəniş qəbzini təqdim edəcəyini bildirmişdir. 16 dekabr 2024-cü il tarixli P-50 saylı bildirişdən görünür ki, Cavabdeh İddiaçınə gələrək elektron nəzarət vasitələrini qəsdən itirməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə vurmuş olduğu 2.541,01 məbləğində maddi ziyanın ödənilməsi və ödəniş qəbzinin təqdim edilməsi ilə bağlı məlumat verilmişdir. Maliyyə arayışından görünür ki, «Attenti» markalı elektron nəzarət vasitəsinin qiyməti 2.541,01 manat məbləğində qiymətləndirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli, 144 №-li qərarı ilə təsdiq edilmiş «Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları»nın 7.5-ci bəndində qeyd olunur ki, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən sübutlarla müəyyən olunur ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-707/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə elektron nəzarət vasitəsinin tətbiq olunması qərara alınmışdır. Hökm xx.xx.2024-cü il tarixdə İddiaçınə daxil olmuş və icraata götürülmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçınə gələrək qeydiyyata alınmış, həmin tarixdə elektron nəzarət vasitələrindən istifadə qaydaları izah edilməklə yaşayış yerində ona tam komplektasiyada və işlək vəziyyətdə olmaqla «Attenti» markalı, sadə elektron nəzarət vasitələri tətbiq edilmişdir. Cavabdeh habelə elektron nəzarət vasitələrinin dəyəri barədə məlumatlandırılmış və həmin vasitələrin itirilməsinə, zədələnməsinə, habelə digər üsulla yararsız vəziyyətə salınmasına görə daşıyacağı maddi məsuliyyət xüsusi olaraq onun nəzərinə çatdırılmışdır. Cavabdeh azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırdığına görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(038)-9/2024 saylı qərarı ilə təqdimat təmin edilərək cəzanın çəkilməmiş hissəsi 02 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cavabdeh elektron nəzarət vasitələrini probasiya qurumuna təhvil verməsi tələb olunduqda, o elektron nəzarət vasitələrini probasiya qurumuna təhvil verməmişdir. «Attenti» markalı elektron nəzarət vasitəsinin qiyməti 2.541,01 manat təşkil edir. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə məhkəmə hesab edir ki, Cavabdeh onun üzərinə quraşdırılmış «Attenti» markalı elektron nəzarət vasitəsini itirib qəsdən geri qaytarmamaqla mülki hüquq pozuntusu törətmiş, nəticədə «Attenti» markalı elektron nəzarət vasitəsinin mülkiyyətçisi olan iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2.541,01 manat məbləğində maddi ziyan vurulmuşdur. Mülki Məcəllənin 1097.1-ci maddəsinin və «Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları»nın 7.5-ci bəndinin tələbi baxmından itirilmiş elektron nəzarət vasitəsinin dəyəri zərərvuran tərəfindən tam həcmdə ödənilməli, həmin pul məbləği Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddia büdcə təşkilatı tərəfindən verildiyindən və iddiaçı da dövlət rüsumunu ödəməkdən azad edildiyindən dövlət rüsumu kimi ödənilməli olan 45,41 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni ümumilikdə 45,41 manat təşkil edir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, vurulmuş ziyanın əvəzi olan 2.541,01 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli olan 45,41 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyanın əvəzi olan 2.541,01 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilsin. İddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli olan 45,41 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar