Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-110/2023 23.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə göndədərək, mülki işin icraatının baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanunun 5.1.2. maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, iddiaçı "xxxx" MMC-ci tərəfindən ödənilmiş (xx.xx.2022-ci il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1) 30 manat dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş (xx.xx.2022-ci il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1) 30 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: X1
Məhkəmə qərarları › İş №2(038)-110/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-110/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver