Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-118/2023 27.01.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Mən Yardımlı rayon məhkəməsinin hakimi X1, İddiaçın Cavabdeh qarşı ”xx.xx.2022-ci il tarixli, R0035041 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı ”xx.xx.2022-ci il tarixli, R0035041 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbi barədə Yardımlı rayon Məhkəməsinə iddia ərizəsi göndərmişdir. Hesab edirəm ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər aşağıdakı səbəbdən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən (ASAN ödəniş sistemi, xx.xx.2022, mədaxil qəbzi № **********62) mədaxil qəbzi yoxlanılarkən müəyyən edilmişdir ki, **********62 nömrəli mədaxil qəbzi digər iş üzrə artıq istifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, qeyd edilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı ”xx.xx.2022-ci il tarixli, R0035041 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbi barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün MPM-nin 284-3.5-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268 və 284-3.5-ci maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçın Cavabdeh qarşı ”xx.xx.2022-ci il tarixli, R0035041 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbi barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəsinin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yardımlı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim:X1
Məhkəmə qərarları › İş №2(038)-118/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-118/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver