Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-139/2024 25.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «2054,03 manat reqres qaydasında pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzinə "xxxx" ASCyə ödədiyi 2054,03 manat, arayış alınması üçün ödədiyi 10 manat və dövlət rüsumuna görə ödədiyi 46 manat pul vəsaitinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 iyun 2016cı il tarixdə "xxxx" ASC-dən 2600 manat məbləğində kredit götürmüş və həmin vaxtı o cavabdehə zamin durmuşdur. Lakin Cavabdeh ondan istifadə edib krediti götürdükdən sonra Banka olan borcunu ödəməmiş və həmin kredit borcu zamin durduğu üçün ondan tutulmuşdur. O, Yalçından onun əvəzinə ödədiyi kredit borcunu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə "xxxx" ASC-dən arayış alınması üçün 10 manat rüsum ödəmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2016-cı il tarixli 2586-xx.xx.2016-JAL000910 №-li zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC (Cəlilabad filialı) ilə Cavabdeh oglu oğlu arasında bağlanmış xx.xx.2016- ci il tarixli 2586-xx.xx.2016-JAL000910 saylı kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh ilə birgə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC (Cəlilabad filialı) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016- ci il tarixli 2586-xx.xx.2016-JAL000910 saylı kredit müqaviləsinə əsasən ona 2600 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx"ASC (Cəlilabad filialı) ilə İddiaçı arasında xx.xx.2016cı il tarixli 2586-xx.xx.2016-JAL000910 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin tələblərinə uyğun olaraq İddiaçı hesabından aşağıdakı cədvəldə göstərilən tarixlərdə, cəmi 2054.03 manat tutularaq Cavabdeh xeyrinə ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 46 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən mötəbər və təkzibolunmaz sübutlarla, həmçinin işin halları ilə müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC-dən 2600 manat kredit götürmüş, İddiaçı ona kredit müqaviləsi üzrə zamin durmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrası ilə əlaqədar İddiaçı əmək haqqından kredit öhdəliyi üzrə tutulmalar aparılmışdır. Qeyd edilən hal İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışı ilə sübuta yetirilir. Arayışa əsasən kredit müqaviləsi üzrə zamin İddiaçı əsas borclu Cavabdeh öhdəlikləri üzrə cəmi 2054.03 manat banka ödəniş edilmişdir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1.-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə istinad olunmuş maddi noramala əsasən qeyd edir ki, zamin olaraq İddiaçı cavabdeр Cavabdeh kredit borcunu ödəmiş, bununla da maddi ziyana düşmüşdür. Ona görə də ödəmiş olduğu həcmdə "xxxx" ASC-nin tələb hüquqları iddiaçıya keçmişdir. Məhkəmə ödənilməli olan məbləği müzakirə edərək qeyd edir ki, iddia 2054.03 manat həcmində sübuta yetir. Ona görə də iddia əsaslı hesab olunmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 46 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, arayış alınması üçün ödənilmiş 10 manat pulun cavabdehdən tutulması hissəsində iddiaçı tərəfindən məhkəməyə buna dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2054.03 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinetlə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: X5
Məhkəmə qərarları › İş №2(038)-139/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-139/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver