Məhkəmə qərarları › İş №2(038)-146/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-146/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-146/2025 01.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə xx.xx.2024-cü il tarixli 22-TK-2-0-123-24 saylı kredit müqaviləsi üzrə 497,35 manat əsas və 50,11 manat faiz və 1,12 manat cərimə borcu olmaqla, cəmi 548,58 manat borcun tutulması, cavabehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCin xeyrinə xx.xx.2024-cü il tarixli 22-Z1-1-0-121-24 saylı kredit müqaviləsi üzrə 21.777,51 manat əsas, 1.039,72 manat faiz və 2,80 manat cərimə borcu olmaqla, cəmi 22.820,03 manat məbləğində borcun və 160,11 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 xx.xx.2024-cü il tarixli 22-Z1-1-0-121 -24 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.5% faizlə, 48 ay müddətinə 24.000 manat kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli 22-TK-2-0-123-24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dəıı illik 25%-lə 48 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2024-cü il noyabrın 20-dək Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli 22-Z 1-1 -0-121 -24 saylı kredit müqaviləsi üzrə 21.777,51 manat əsas borc, 1.039,72 manat faiz borcu və 11,19 manat cərimə borcu olmaqla, cəmi 22.828,42 manat borcu vardır. Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 11.19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 2.8 manat məbləğində tələb olunur. 2024-cü il noyabrın 20-dək Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli 22-TK-2-0-123-24 saylı kredit müqaviləsi üzrə 497,35 manat əsas borc, 50.1 1 manat faiz, 1,12 manat cərimə borcu olmaqla cəmi 548,58 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, habelə iddiaya qarşı nə yazılı, nə də şifahi qaydada etiraz bildirməmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh1 iddia tələbini qəbul edib, iddianın təmin edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2024-cü il tarixli 22-TK-2-0-123-24 saylı istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı ASC illik 17.5% faizlə, 48 ay müddətinə faziləri ilə birlikdə qaytarmaq şərti ilə Cavabdeh1 24.000 manat məbəğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqaviləyə 1 saylı əlavə göstərilmiş qaydada həmin pul vəsaitini geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Yelo Bank» ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini yerinə yetirməsinə görə zamin kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Kassa məxaric qəbzlərindən görünür ki, Cavabdeh1 24.000 manat məbləğində pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir. xx.xx.2024-cü il tarixli kart vasitəsilə kredit xəttinin açılması barədə razılaşmadan görünür ki, İddiaçı ASC Cavabdeh1 bank hesabı açılmış və ona 500 manat məbləğində kredit xətti olan bank plastik kartı verilmişdir. Cavabdeh1 həmin məbləği istifadə etdiyi təqdirdə illik 25 faiz olmaqla, 48 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli 22-Z1-1-0-121- 24 saylı kredit müqaviləsi üzrə iddia verilən tarixə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 21.777,51 manat əsas, 1.039,72 manat faiz və 2,80 manat cərimə olmaqla, cəmi 22.820,03 manat, Cavabdeh1 əlavə olaraq xx.xx.2024-cü il tarixli 22-TK-2-0-123-24 saylı kredit müqaviləsi üzrə 497,35 manat əsas, 50,11 manat faiz və 1,12 manat cərimə olmaqla, cəmi 548,58 manat kredit borcu vardır. xx.xx.2025-cü il tarixli hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 160,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 22-TK-2-0-123-24 saylı istehlak krediti müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı ASC illik 17.5% faizlə, 48 ay müddətinə faziləri ilə birlikdə qaytarmaq şərti ilə Cavabdeh1 24.000 manat məbəğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqaviləyə 1 saylı əlavə göstərilmiş qaydada həmin pul vəsaitini geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini yerinə yetirməsinə görə zamin kimi Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüş və İddiaçı ASC ilə onun arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 24.000 manat məbləğində pul vəsaitini müvafiq məxaric orderinə imza etməklə İddiaçı ASC-dən qəbul etmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli kart vasitəsilə kredit xəttinin açılması barədə razılaşma imzalanmış, razılaşmaya əsasən Cavabdeh1 500 manat məbləğində kredit xətti olan bank plastik kartı verilmişdir. Cavabdeh1 həmin məbləği istifadə etdiyi təqdirdə illik 25 faiz olmaqla, 48 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, həm 24.000 manat məbləğində pul vəsaitini, həm də 500 manat məbləğində kredit xətti olan bank plastik kartını Cavabdeh1 təqdim etmişdir. Lakin sonuncu hər iki kredit vəsaitindən istifadə etsə də, müqavilədə şərtləndirilmiş qaydada ödənişləri vaxtında etməməklə, üzərinə götürdüyü öhdəliyi lazımınca, vaxtında və tam şəkildə icra etməmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Mülki Məcəllənin 472-ci maddəsinin tələbi baxımından xx.xx.2024-cü il tarixli 22-TK-2-0- 123-24 saylı istehlak krediti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüş Cavabdeh2 da Cavabdeh1 birgə eyni həcmdə məsuliyyət daşıyırlar. MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 497,35 manat əsas borc, 50,11 manat faiz borcu və 1,12 manat cərimə borcu olmaqla, cəmi 548,58 manat Cavabdeh1, xx.xx.2024-cü il tarixli 22-TK-2-0-123-24 saylı istehlak krediti müqaviləsi üzrə isə 21.777,51 manat əsas borc, 1.039,72 manat faiz, 2,80 manat cərimə borcu olmaqla, cəmi 22.820,03 manat, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 160,11 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 497,35 manat əsas borc, 50,11 manat faiz borcu və 1,12 manat cərimə borcu olmaqla, cəmi 548,58 manat məbləğində pul vsaəiti Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. xx.xx.2024-cü il tarixli 22-TK-2-0-123-24 saylı istehlak krediti müqaviləsi üzrə 21.777,51 manat əsas borc, 1.039,72 manat faiz, 2,80 manat cərimə borcu olmaqla, cəmi 22.820,03 manat, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 160,11 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar