Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-159/2024 06.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya borclu olduğu 2950 manat borc pulun, 50 manat dövlət rüsumunun alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh 2 il əvvəl ona başqa şəxsə borcunun olduğunu və həmin şəxsin onu tələsdirdiyini demiş, bu səbəbdən ondan 4000 manat borca pul istəmişdir. O da bankdan 2950 manat pul götürüb Rəhmana vermişdir. Bundan sonra Rəhman pulu tezliklə qaytaracağını bildirmişdir. Həmçinin Rəhmanın qardaşı X2 da pulu tezliklə qaytaracağına dair qardaşına zamin durmuşdur. Lakin cavabdeh dediyi vaxtda borcu qaytarmamışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, Rəhman müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Borc qaytarılmadığına görə maddi cəhətdən çox ağır vəziyyətə düşmüşdür. Rəhmanın ona borclu olması barədə səs yazısı da vardır. İmişli şəhər sakini X1 da Rəhmanın ona 2950 manat borclu olmasına şahiddir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı istifadəsində olan (050)-376-31-13 telefon nömrəsi ilə əlaqə saxlanılmış və iddiaçı işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh ona 700 manat ödəniş etməsinə münasibətdə həmin pulun bank tərəfindən hesablanmış faizlər üçün verildiyini bildirmişdir. Məhkəmənin iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya olan 2950 manat ümumi borcundan 700 manat ödəniş etmişdir. Həmin pulu banka deyil, iddiaçının özünə vermişdir. Bundan əlavə aralarında bankla bağlı hər hansı razılaşma olmamışdır. Ödədiyi 700 manat məbləğində vəsaitin ümumi borcdan çıxılmaqla ondan 2250 manat məbləğində pulun tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏQDİM EDİLMİŞ SÜBUTLAR: "xxxx" ASC-nin xx.xx.2022 - xx.xx.2024-cü il tarixi əhatə edən hesabatından görünür ki, İddiaçı GTKR4689843A167 saylı müqavilə üzrə 3020 manat məbləğində kredit ayrılmışdır. "xxxx" ASC-nin mədaxil qəbzindən görünür ki, hazırki iddianın verilməsi üçün dövlət rüsumu kimi 50 manat pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir. CD formatlı diskdə təqdim edilmiş səs yazılardan müəyyən olur ki, Cavabdeh borc öhdəliyini icra edəcəyini vəd etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 2950 manat pulu cavabdehə vermişdir. Cavabdeh də həmin halı məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməmiş, borc aldığı 2950 manatdan yalnız 700 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən həmin 700 manat məbləğində pulun bank faizinə görə ödənildiyi bildirilsə də, bu hal sübuta yetirilməmiş, eyni zamanda buna dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bu halda məhkəmə iddia tələbini yalnız cavabdehin etiraf etdiyi hissədə əsaslı hesab edirək qismən, yəni 2250 manat həcmində əsaslı hesab edir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən cavabdehdən tutulacaq məbləğ 2250 manat təşkil edir. Göründüyü kimi, zərər tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 42,5 manat təşkil edir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2250 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 42,5 manat Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2250 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 42,5 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi və elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: X3
Məhkəmə qərarları › İş №2(038)-159/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-159/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver