Məhkəmə qərarları › İş №2(038)-163/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-163/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-163/2023 17.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 0100/0378 saylı müqavilə üzrə 320 manat və xx.xx.2022-ci il tarixli 0100/0441 saylı müqavilə üzrə 532 manat, cəmi 852 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçının özünə məxsus Yevlax şəhərində “Uğurlu Cehizim" adlı elektronika mağazası vardır. Cavabdeh ilə aralarında bağlanmış 06 Aprel 2022-ci il tarixli, 0100/0378 saylı və 04 iyul 2022 il tarixli, 0100/0441 saylı alğı-satqı müqaviləsinə əsasən tərəfimdən Cavabdeh Şahın oğluna 960 manat dəyərində “Shıvaki” markalı kondısioner və 912 manat dəyərində “Biryusa” markalı soyuducu satmışdır. Cavabdeh Şahın oğlu müqavilənin şərtlərinə əsasən hər iki məhsulu ilkin ödənişsiz 12 ay hissə-hissə ödənişlə əldə etmişdir. Cavabdeh müqavilənin şərtinə əsasən 12 ay müddətində hər ay 0100/0378 saylı müqaviləyə əsasən 80 manat, 0100/0441 saylı müqaviləyə əsasən 76 manat ödəməli idi. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Hazırda Cavabdeh 06 aprel 2022-ci il tarixli, 0100/0378 saylı 320 ( üç yüz iyirmi ) manat, 04 iyul 2022-ci il tarixli, 0100/0441 saylı müqavilə üzrə isə 532 (beş yüz otuz iki) manat borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. 06 aprel 2022-ci il tarixli, 0100/0378 saylı və 04 iyul 2022-ci il tarixli,, 0100/0441 saylı müqavilələrin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Shıvaki” markalı kondısioner 912 manata, “Biryusa” markalı soyuducu 960 manata satılmışdır. 06 aprel 2022-ci il tarixli və 04 iyul 2022-ci il tarixli malların təhvil-təslim aktlarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Shıvaki” markalı kondısioner və “Biryusa” markalı soyuducu təhvil verilmişdir. İşdə olan məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Cavabdeh Şahın oğluna 960 manat dəyərində “Shıvaki” markalı kondısioner və 912 manat dəyərində “Biryusa” markalı soyuducu satılmışdır. Cavabdeh Şahın oğlu müqavilənin şərtlərinə əsasən hər iki məhsulu ilkin ödənişsiz 12 ay hissə-hissə ödənişlə əldə etmişdir. Cavabdeh müqavilənin şərtinə əsasən 12 ay müddətində hər ay 0100/0378 saylı müqaviləyə əsasən 80 manat, 0100/0441 saylı müqaviləyə əsasən 76 manat ödəməli idi. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Hazırda Cavabdeh 06 aprel 2022-ci il tarixli, 0100/0378 saylı 320 ( üç yüz iyirmi ) manat, 04 iyul 2022-ci il tarixli, 0100/0441 saylı müqavilə üzrə isə 532 (beş yüz otuz iki) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş xx.xx.2022-ci il tarixli, 0100/0378 saylı müqavilə üzrə 320 manat və xx.xx.2022-ci il tarixli, 0100/0441 saylı müqavilə üzrə 532 manat, cəmi 852 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar