Məhkəmə qərarları › İş №2(038)-168/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-168/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-168/2023 13.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X17 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 21 iyul 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(017)- 674/2017 saylı qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(017)-674/2017 saylı qətnaməsi ilə hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh X6 tutalaraq ona ödənilməsi barədə qətnamə çıxarılmışdır. Alimentin miqdarı hazırda uşaqın saxlanması üçün kifayət etmir. Özünün isə uşaqı saxlamaq üçün kifayət qədər maddi imkanı yoxdur. O, heç bir yerdə işləmir, yalnız valideynlərinin ona göstərdiyi maddi yardım hesabına özünü və uşağını saxlayır. Uşağın qayğıları isə gündən-günə artmaqdadır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı 31 mart 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, 13 aprel 2023cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı birgə nikahlarından doğulmuş oğlu 21 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-674/2017 saylı qətnaməsi ilə hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onunla da ayrılmış və Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(060)-2325/2021 saylı qətnaməsi ilə ondan hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi barədə qətnamə çıxarılmışdır. Öz xəstəliyi ilə bağlı heç bir yerdə işləyə bilmir, fəhlə işləyir, 3 uşağa görə əlabə aliment ödəməyə maddi imkanı çatmır. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 iyul 2010-cu ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. İcra vərəqəsinin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(017)-674/2017 saylı qətnaməsi ilə, 21 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh ilə X4 qeyri-rəsmi evliliyindən 19 aprel 2015-ci il tarixdə X13 və 21 noyabr 2016-cı ildə X11 adlı iki uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(060)-2325/2021 saylı qətnaməsinin surətindən görünür ki, 19 aprel 2015-ci il tarixdə doğulmuş X10 və 21 noyabr 2016-cı ildə doğulmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 50 manat cəmi, 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi barədə qətnamə çıxarılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-674/2017 saylı qətnaməsi ilə 21 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmçinin cavabdeh İddiaçı ayrıldıqdan sonra X9 ilə evliliyindən anadan olmuş 19 aprel 2015-ci il təvəllüdlü X13 və 21 noyabr 2016-cı ildə X11 təvəllüdlü . Həmin uşaqların yetkinlik yaçlarına çatana kimi saxlanılmasından ötrü, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(060)-2325/2021 saylı qətnaməsi ilə ondan hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 21 iyul 2010-cu ildə anadan olmuş X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-674/2017 saylı qətnaməsi ilə bir uşağa görə 70 manat aliment miqdarı müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna əsasən uşaqların minimum yaşayış məbləği 220 manat müəyyən edilmişdir. Ona görə də alimentin miqdarı artırılmalıdır. Bununla belə cavabdehin də ailə və maddi vəziyyəti, digər 2 uşağa aliment ödəməsi, diqqətə layiq olan digər halları nəzərə alaraq, məhkəmə aylıq aliment məbləğinin artırılaraq 130 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılamsı üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 130 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-674/2017 saylı qətnaməsi ilə 21 iyul 2010-cu ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay 130 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar