Məhkəmə qərarları › İş №2(038)-196/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-196/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-196/2023 13.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh cəmi 1481.73 manat borcun və 35 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında sonuncu "Monex Pay kartı" müştərisi olmuşdur. Cavabdeh kart hesabına xx.xx.2021-ci il tarixində 1525.73 manat və xx.xx.2021-ci il tarixində 78 manat texniki səhv nəticəsində köçürülmüş, müştəri isə texniki səhv nəticəsində hesabına köçürülmüş olan ümumi 1603.73 manat məbləğini 2 dəfəyə hesabdan çıxarmışdır. Cavabdeh cəmi 1603.73 manat məbləğində banka borcu yaranmışdır. xx.xx.2021-ci il tarixində qeyd olunan kart hesabına yenidən 122manat vəsait köçürülmüş və həmin vəsait cəmi borcdan yəni, 1603.73manat məbləğindən silinmişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən, hal-hazırda Cavabdeh banka cəmi borcu 1481.73 manat təşkil edir. Qeyd etmək istəyirik ki, karta texniki səhv olaraq köçürülmüş və Cavabdeh tərəfindən istifadə edilmiş 1481.73 manat məbləğində pulun "xxxx" ASC-yə qaytarılması barədə cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq heç bir nəticə verməmişdir. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan 08 aprel 2021-ci il tarixli, HM/21/017/00366 saylı bank hesabı müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında sonuncu "Monex Pay kartı" müştərisi olmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh kart hesabına xx.xx.2021-ci il tarixində 1525.73 manat və xx.xx.2021-ci il tarixində 78 manat texniki səhv nəticəsində köçürülmüş, müştəri isə texniki səhv nəticəsində hesabına köçürülmüş olan ümumi 1603.73 manat məbləğini 2 dəfəyə hesabdan çıxarmışdır. Belə olan halda müştərinin 1603.73 manat borcu yaranmışdır. Sonra xx.xx.2021-ci il tarixində qeyd olunan kart hesabına yenidən 122 manat vəsait köçürülmüş və həmin vəsait cəmi borcdan yəni, 1603.73manat məbləğindən silinmiş və hal-hazırda Cavabdeh banka cəmi borcu 1481.73 manat borcu qalmışdır. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında sonuncu "Monex Pay kartı" müştərisi olmuşdur. Cavabdeh kart hesabına xx.xx.2021-ci il tarixində 1525.73 manat və xx.xx.2021-ci il tarixində 78 manat texniki səhv nəticəsində köçürülmüş, müştəri isə texniki səhv nəticəsində hesabına köçürülmüş olan ümumi 1603.73 manat məbləğini 2 dəfəyə hesabdan çıxarmışdır. Cavabdeh cəmi 1603.73 manat məbləğində banka borcu yaranmışdır. xx.xx.2021-ci il tarixində qeyd olunan kart hesabına yenidən 122manat vəsait köçürülmüş və həmin vəsait cəmi borcdan yəni, 1603.73manat məbləğindən silinmişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən, hal-hazırda Cavabdeh banka cəmi borcu 1481.73 manat təşkil edir. Qeyd etmək istəyirik ki, karta texniki səhv olaraq köçürülmüş və Cavabdeh tərəfindən istifadə edilmiş 1481.73 manat məbləğində pulun "xxxx" ASC-yə qaytarılması barədə cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə cəmi 1481.73 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh cəmi 1481.73 manat borc və 35 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC -nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim:X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar