Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-197/2023 01.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 8300 manat pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin aprel ayında Cavabdeh övladına toy etmək üçün ondan 8300 manat borc pul almış və toydan sonra pulunu qaytaracağına söz versədə həmin pulu qaytarmamışdır. O, dəfələrlə cavabdehdən borcun qaytarılmasını tələb etsədə, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, 8300 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edib bildirdi ki, Cavabdeh ondan 8300 manat borcu hissə-hissə almış, borcları hamısı 8300 manat təşkil etmişdir. Cavabdeh ona olan borcunu ödmədiyi üçün poils şöbəsinə şikayət etmişdir. Orada izahat verərəkən izahatında 8300 manat borclu olmasını etiraf etmişdir. Həmin borcdan poçt vasitəsi ilə hissə-hissə cəmi 2800 manat pul göndərmişdir. Artıq 2022-ci ilin noyabr ayından sonra ona pul verməmişdir. Ona görə də qalan borc verdiyi pulu tələb edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, onların əvvəllər dostluq münasibəti olmuşdur. İddiaçı 2018-ci ildən hissə-hissə ümumilikdə 5000 manat faizlə borc pul almışdır. Faizlərlə birlikdə 8300 manat borcu yaranmışdır. Aldığı pula görə hər ay 50 manat faiz ödəmişdir. Həmin məbləğin 2000 manatını iddiaçının Bakı şəhərində yaşayan oğlu Elsevərə qaytarmış, 4300 manatını isə hissə-hissə iddiaçının özünə qaytarmışdır. İddiaçıya hazırda 2000 manat borcunun olduğunu, ona görə də iddia tələbinin həmin hissədə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, İddiaçı onun atasıdır. Atasının deməsinə görə Cavabdeh 8300 manat borc pul vermiş və həmin pul cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Həmçinin Cavabdeh iddiaçıya qaytarmaq üçün ona 2000 manat pul verməmişdir. Masallı Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, iddiaçının şıkayəti əsasında Cavabdeh barəsində başlanılmış cinayət işi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və İddiaçı mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. "xxxx" MMC-nin pul köçürmələri barədə çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə kimi Cavabdeh tərəfindən X1 adına ayrı-ayrı vaxtlarda ümumilikdə 2800 manat pul köçürülmüşdür. 23 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 385.2-ci maddələrində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən maddi hüquq normalarına əsasən, məhkəmə yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək qeyd edir ki, tərəflər arasında şifahi formada etibarlı borc müqavilələri olmuşdur. Həmin şifahi razılaşmaların bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh razılaşmanın şərtlərini pozaraq, iddiaçıya olan 8300 manat borcunun 2800 manatını qaytarsada qalan, 5500 manatını qaytarmamışdır. Ona görə də cavabdehdən 5500 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh 2000 manat borclu olması barədə izahatı işin faktiki halları və sübutlarla qarşılıqılı təhlil edilmiş, lakin onun izahatının həmin hissəsi öz təsdiqini tapmamış, bu barədə təyin edilmiş məhkəmə hazırlıq iclaslarında dəfələrlə sübutlar gətirəcəyini qeyd etsə də, məhkəməyə heç bir mötəbər və təkzibolunmaz sübut təqdim etməmişdir. Bundan başqa o, borcundan 2000 manatını iddiaçının Bakı şəhərində yaşayan oğlu Elsevərə qaytarmasını bildirsə də, Elsevər şahid qismində ifadə verərkən bu halı inkar etmişdir. Bundan əlavə cavabdeh 5000 manat borc almasını, 3300 manat pulun faiz olmasını göstərsə də, o, əsas borcun 5000 manat olması haqqında da məhkəməyə sübut təqdim etməmiş, əksinə polis şöbəsində vermiş olduğu izahatında iddiaçıya 8300 manat borclu olmasını bildirmişdir. Məhkəmə iş materiallarında olan və sübut kimi tədqiq edilmiş Masallı Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında qeyd olunan izahatı mötəbər sübut kimi nəzərə almışdır. Beləliklə cavabdehin etirazı öz təsdiqini tapmadığı üçün əsassız hesab olunmalı və iddia sübuta yetən hissədə, yəni 5500 manat həddində əsaslı hesab olunmalı, həmçinin dövlər rüsumu mütənasib olaraq 75 manat məbləğində cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5500 manat borc və 75 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(038)-197/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-197/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver