Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-20/2023 02.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K oğlunun katibliyi ilə. İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə, Yardımlı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC-nin Cavabdeh xx.xx.2021-ci il tarixli, 212/0221-019ZG nömrəli kredit müqaviləsi üzrə 790 manat əsas borc, 162.38 manat faiz borcu, cəmi 952.38 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tələbin Cavabdeh məxsus girov qoyulmuş üzük (Q/S-750)-1 ədəd, üzük (Q/S-750)-1 ədəd , üzük (Q/S-583)- 1 ədəd, üzük (Q/S-583)-1 ədəd cəmi 4(dörd sayda) 15 qram qızıla yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması, qızıl-zinət əşyalarının açıq hərracdan satılmasından əldə edilən vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə edilən vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC-nin «Salyan» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 212/0221-019 saylı kredit müqaviləsinə əsasən illik 36% dərəcəsi olmaqla 12 ay müddətinə 790 (yeddi yüz doxsan) manat məbləğində cavabdehə kredit verilmişdir, (kredit müqaviləsinin 3.1-ci bəndi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı BOKT MMC-nin «Salyan» filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 212/0221-019ZG saylı girov müqaviləsi bağlanaraq cavabdehə məxsus üzük (Q/S-750)-1 ədəd, üzük (Q/S-750)-1 ədəd , üzük (Q/S-583)-1 ədəd, üzük (Q/S-583)-1 ədəd cəmi 4(dörd sayda) 15 qram qızıl, 330 manat məbləğində zinət əşyaları banka girov qoyulmuşdur. xx.xx.2021-ci il tarixli, 212/0221-019 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Nəticədə cavabdehin İddiaçı Bokt MMC-yə xx.xx.2021-ci il tarixli, 212/0221-019 nömrəli kredit müqaviləsi üzrə 790 manat əsas borc, 162.38 manat faiz borcu, cəmi 952.38 manat borcu yaranmışdır. İddiaçı Bokt MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxlmasını və iddia tələbinin təmin olunması olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. xx.xx.2021-ci il tarixli, 212/0221-019 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT MMC Cavabdeh 12 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə 790 manat kredit vermişdir. xx.xx.2021-ci il tarixli, 212/0221-019ZG nömrəli saxlanc girovu haqqında muqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC arasında “Saxlanc girovu haqqında müqavilə” bağlanılmışdır. Girov müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, bazar dəyəri 430,76 manat olan 750 əyarlı 4,4 qramlıq 1 ədəd üzük, bazar dəyəri 420,97 manat olan 750 əyarlı, 4,3 qram 1 ədəd üzük, bazar dəyəri 129,60 manat olan, 593 əyarlı, 1,60 qramlıq 1 ədəd üzük, bazar dəyəri 380,70 manat olan 583 əyarlı, 4,7 qramlıq 1 ədəd sırğa Cavabdeh tərəfindən girov qoyulmuşdur. Bildirişin surətindən görünür ki, İddiaçı Bokt MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə qanunamüvafiq tədbirlər görülməsi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2.-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. O, kredit müqaviləsi üzrə ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun da nəticəsində 790 manat əsas borc, 162.38 manat faiz borcu, cəmi 952.38 manat borcu yaranmışdır. Ona görə də iddiaçının tələbin girov qoyulmuş əmlaka yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Girov qoyulmuş əmlakların ilkin hərrac dəyəri bazar qiymətinə uyğun müəyyən edilməli, həmçinin hərracdan əldə edilmiş məbləğ borsun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bokt MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 212/0221- 019 nömrəli kredit müqaviləsi üzrə 790 manat əsas borc, 162.38 manat faiz borcu cəmi 952.38 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Bokt MMC -nin hesabına ödənilsin. Tələb Cavabdeh tərəfindən girov qoyulmuş bazar dəyəri 430,76 manat olan 750 əyarlı, 4,4 qramlıq 1 ədəd üzük, bazar dəyəri 420,97 manat olan 750 əyarlı, 4,3 qram 1 ədəd üzük, bazar dəyəri 129,60 manat olan 593 əyarlı, 1,60 qramlıq 1 ədəd üzük, bazar dəyəri 380,70 manat olan, 583 əyarlı, 4,7 qramlıq 1 ədəd sırğa açıq hərracda satılsın. Hərracda əmlakların başlanğıc dəyəri bazar qiymətinə uyğun müəyyən edilsin. Həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılmasından əldə edilən vəsait kredit borcuna yönəldilsin. Girov predmetinin satışından əldə edilən vəsait Cavabdeh 952.38 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc Cavabdeh tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: X1
Məhkəmə qərarları › İş №2(038)-20/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-20/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver