Məhkəmə qərarları › İş №2(038)-200/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-200/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-200/2025 17.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi «Mercedes Benz 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1240 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 32,40 manatın, cəmi 1272,40 manat məbləğində pul vəsaitinin Cavabdeh İldir oğlundan alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, idarə etdiyi «Mercedes Benz 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 31 yanvar 2025-ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev küçəsində hərəkətdə olan zaman, Cavabdeh İldir oğlu idarə etdiyi «VAZ 21061 minik» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avatobili ilə ara məsafəsini saxlamamış və nəticədə mənim idarə etdiyi «Mercedes 180C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilimi arxadan vurmaqla, mənim idarə etdiyi nəqliyyat vasitəsinə maddi ziyan dəymişmişdir. Həmin tarixdə Yardımlı rayon polis şöbəsinin YPŞ-nin əməkdaşı tərəfindən Cavabdeh İldir oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Yardımlı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərarı ilə Cavabdeh İldir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətinə inzibati qaydada həbs seçilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilin arxa bamperi, arxa stopu, arxa baqaj mexanizmi, arxa baqajın iş kauçuku və arxa səsboğucunun qazanı sınaraq istifadəyə yararsız hala düşmüşdür. Yardımlı rayon polis şöbəsinin DYP-nin «nəqliyyat vasitələrinin zədələnməsinə dair» 31 yanvar 2025-ci il tarixli, 03 saylı arayışda həmin vaxt onun idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş ziyan öz əksini tapmışdır. (hadisə vaxtı çəkilmiş fotoşəkil ərizəyə edilir əlavə edilir) «Avtoservis» Yardımlı avtomobil təmir sexinin 31 yanvar 2025-ci il tarixli, 05 saylı qüsur aktında göstərilmişdir ki, R.R.Avtoservisə qəzalı halda «Mercedes Benz 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daxil olduğunu və həmin nəqliyyat vasitəsinə dəymiş ziyan aşağıdakı kimi qeyd edilmişdir: arxa bumper – 200 manat, arxa stop – 110 manat, arxa baqaj mexanizmi (zamok) – 45 manat, arxa baqajın iç kauçuku – 55 manat, arxa səsboğucunun qazanı – 130 manat, dəmirçi haqqı 400 manat, rəngsaz haqqı 300 manat, nəqliyyat vasitəsinin düzəlməsi üçün tələb olunan məbləğ 1240 manat təşkil edir. Ona dəymiş ziyanın məhkəmədən kənar aradan qaldırılması ilə əlaqədar cavabdehin yaxın qohumları ilə apardığı söhbətlər baş tutmamış və cavabdeh tərəfindən dəymiş ziyanın aradan qaldırması istiqamətində hər hansı bir addım atılmamışdır. Cavabdeh dəymiş ziyanı ödəməkdən yayınır. Ona görə də həmin maddi ziyanın alınması barədə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edib, ekspert rəyi ilə tanış olmuş, etirazı yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməmiş və göstərmişdir ki, avtomobildə yararsız hala düşmüş detalarının qiyməti ilə razıdır, lakin avtomobilin təmiri üçün usta pulu çox göstərilmişdir. Ona görə də «Merсedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2025-cü il tarixli 05 nömrəli qüsur aktından görünür ki, «Mercedes Benz 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri və bərpası üçün (arxa bumper – 200 manat, arxa stop – 110 manat, arxa baqaj mexanizmi (zamok) – 45 manat, arxa baqajın iç kauçuku – 55 manat, arxa səsboğucunun qazanı – 130 manat, dəmirçi haqqı 400 manat, rəngsaz haqqı 300 manat) 1240 manat məbləğində vəsait tələb olunur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(038)-95/2025 №-li qərarından görünür ki, Cavabdeh ona görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ««VAZ 21061 minik»» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman ara məsafəsini qaydalarını pozaraq qarşıda hərəkətdə olan «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq sonuncuya maddi ziyan vurmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Mercedes Benz 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X1r. xx.xx.2024-cü il tarixdə verilmiş «Nəqliyyat vasitəsinin idarə edilməsinə dair» etibarnamədən görünür ki, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 tərəfindən İddiaçı Allahşükür oğluna «Mercedes Benz 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi səlahiyyəti verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş MB-18/0478 №-li qiymətləndirmə hesabatından görünür ki, yol nəqliyyat hadisəsi zamanı «Mercedes Benz 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin real bazar dəyəri 1240 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil edir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-ci maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsindən qeyd olunur ki, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə müəyyən olunur ki, Cavabdeh İldir oğlu xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ««VAZ 21061 minik»» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman ara məsafəsini qaydalarını pozaraq qarşıda hərəkətdə olan «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq sonuncuya 1240 manat məbləğində maddi ziyan vurmuş və vurulmuş maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsi üzrə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın verilməsinə görə 33 manat dövlət rüsumu ödənildiyindən və iddia təmin edildiyindən, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə MPM-nin 119.1-ci maddəsinin tələbi baxmından hesab edir ki, qiymətləndirmə rəyinin verilməsinə görə mütəxəsisə ödənilməli olan 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi ziyana görə 1240 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 33 manat məbləğin pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, qiymətləndirmə rəyinin verilməsinə görə mütəxəsisə ödənilməli olan 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 1240 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 33 manat məbləğin pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qiymətləndirmə rəyinin verilməsinə görə mütəxəsisə ödənilməli olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, h/h №: AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, kodu: 805562, VÖEN **********, müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar