Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-207/2024 06.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, iddiaçı 11 saylı X4 Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı 11 saylı X4 Mərkəzinin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı 11 saylı X4 Mərkəzi iddia ərizəsi ilə müraciət edərək, Meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi kimi 517,04 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 11 saylı X4 Mərkəzin hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, verilmiş şifahi məlumat əsasında 11 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən 19 iyun 2023-cü il tarixdə Mərkəzin Qəriblər meşəbəyliyinin 7 saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayonu Tilə kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X7 aparması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 517 (beş yüz on yeddi) manat 04 (dörd) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. 21 iyun 2023-cü il tarixdə vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. İddiaçı 11 saylı X4 Mərkəzinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 19 iyun 2023-cü il tarixli 004662 saylı aktdan görünür ki, verilmiş şifahi məlumat əsasında X8 X1 meşəbəyliliyinin 7 saylı meşə dolayında araşdırma aparılmışdır. Dolay ərazisində araşdırma aparılan zaman Masallı RMTM-nin əməkdaşları dövlət nömrə nişanı **-RN-*** olan UAZ markalı avtomaşınla rastlaşmış, özlərini təqdim etmişlər. Sürücüdən özünü təqdim etməsini xahiş etmiş və avtomobilin yük yerinə baxış keçirəcəklərini bildirmişlər. Sürücü özünü təqdim etmiş və bildirmişdir ki, Masaalı rayon İskəndərli kənd sakini X5r. X10 avtomobilin yük yerinə baxış keçirilməsinə razılıq vermişdir. Baxış zamanı avtomobilin yük yerində Ağcaqayın cinsində 52 sm diametrdə 1,10 sm uzunluqda bir ədəd, 50 sm diametdə 1,10 sm uzunluqda bir ədəd, 47 sm diametrdə 1,10 sm uzunluqda bir ədəd olmaqla, ümumilikdə 3 üç ədəd işlik material olan kötük aşkar olunmuşdur. X10 yazılı izahat verərək bildirmişdir ki, yük yerində olan məhsul avtomobilin yanında olan Yardımlı rayon Tilə kənd sakini Cavabdeh məxsusdur. Vətəndaş Cavabdeh kötüklərin ona aid olduğunu etiraf etmiş və bildirmişdir ki, dolay ərazisində 1 ədəd yaş ağcaqayın ağacı kəsmişdir. Qanunsuz kəsilmiş ağaca baxış keçirmək və akt tərtib etmək üçün Cavabdeh iştirak etməsi üçün dəvət etmişlər. O, müxtəlif bəhanələrlə ərazidən uzaqlaşmışdır. Onun iştirakı olmadan qanunsuz kəsilmiş ağaca baxış keçirmiş və məlum olmuşdur ki, Cavabdeh 7 saylı meşə dolayında 56 sm diametrdə 1,6 sm hündürlükdən yaş ağcaqayın ağacını kəsmiş və motorlu mişarla doğramışdır. MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iddiaçı 11 saylı X4 Mərkəzi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. MN seriyalı ******* nömrəli 10 iyul 2023-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 700 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli 004662 saylı Akta əsasən ziyanın hesablanması cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarına əsasən 3,53 m3 həcmdə ağac kəsilməsinə görə təbiətə dəymiş ziyan 517,4 manat təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ: İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən 11 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən 19 iyun 2023-cü il tarixdə Mərkəzin Qəriblər meşəbəyliyinin 7 saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayonu Tilə kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X7 aparılması faktı müəyyən edilmişdir. Cavabdeh 56 sm diametrdə 1,6 sm hündürlükdən yaş ağcaqayın ağacı kəsdiyi aşkar olunmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş 19 iyun 2023-cü il tarixli 004662 saylı akt, MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan və onun əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli 10 iyul 2023-cü il tarixli inzibati xəta haqqında qərarla təsdiq edilir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1 və 21.2-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Meşə Məcəllənin 79-cu maddəsinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırki iş üzrə cavabdehdən tutulacaq məbləğ 517,04 manat təşkil edir. Göründüyü kimi, zərər tələbi barədə iddianın qiyməti 1000 manatdan azdır. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1-ci maddəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227 və 233 -cü maddələrinə əsasən məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 517,04 manat maddi ziyan alınaraq 11 saylı X4 Mərkəzinin hesabına ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği 30 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: x9
Məhkəmə qərarları › İş №2(038)-207/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-207/2024
06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver