Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-210/2023 27.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 889 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən eiektrik avadanlıqları satışı dükanının müdiri işləyir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada azad sahibkarlıqla məşğul olur. 03 mart 2020ci il tarixdə Yardımlı şəhərində qeydiyyatda olan Cavabdeh mağazaya müraciət edərək kredit şərti ilə ona 1 ədəd X4 8 3/32 qara markalı telefon və 1 ədəd Samsung A51 64 GB qara markalı telefon verilməsini xahiş etmişdir. Həmin tarixdə №- 22 saylı, 03 mart 2020-ci il tarixli, istehlak krediti müqaviləsi üzrə illik 25% olmaqla, 10 ay müddətinə 389 (üç yüz səksən doqquz) manat dəyərində, 445 (dörd yüz qırx beş) manat kredit məbləği ilə ona 1 ədəd X4 8 3/32 qara markalı telefon və 679 (altı yüz yetmiş doqquz) manat dəyərində, 850 (səkkiz yüz əlli) manat kredit məbləği ilə 1 ədəd Samsung A51 64 GB qara markalı telefon verilmişdir. Cavabdehə kredit müqaviləsi üzrə aylıq 127 (bir yüz iyirmi yeddi) manat kredit öhdəliklərini yerinə yetirilməsi vəzifəsi izah edilmişdir. Cavabdeh 03 mart 2020-ci il tarixli, 22 saylı kredit müqaviləsi üzrə götürülmüş olduğu öhdəlikləri yerinə yetirməmişdir. Kredit məbləğindən 889 (səkkiz yüz səksən doqquz) manat borcunu ödəməyərək üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmişdir. Cavabdeh bağlanmış 03 mart 2020-ci il tarixli, 22 saylı kredit müqaviləsinin şərtlərini pozduğundan və kredit öhdəliklərini tam olaraq yerinə yetirilməsi üçün cavabdehin işlədiyi ünvan 1 ünvanında yerləşən FHN-nin Masallı Rayon Şöbəsinə bildiriş çatdırılmış və eyni zamanda cavabdehin yaşayış yeri barədə Yardımlı RİHB-nin Yardımlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi cənab İlham Rzayevə sorğu verilsə də, sorğuya cavab verilməmişdir. Bütün bunlra baxmayaraq cavabdeh götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan 03 mart 2020-ci il tarixli, 22 saylı istehlak krediti müqaviləsinin surətindən görünür ki, “İddiaçı tərəfindən Cavabdeh illik 25% olmaqla, 10 ay müddətinə 389 (üç yüz səksən doqquz) manat dəyərində, 445 (dörd yüz qırx beş) manat kredit məbləği ilə ona 1 ədəd X4 8 3/32 qara markalı telefon və 679 (altı yüz yetmiş doqquz) manat dəyərində, 850 (səkkiz yüz əlli) manat kredit məbləği ilə 1 ədəd Samsung A51 64 GB qara markalı telefon verilmişdir. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 mart 2020-ci il tarixli, 22 saylı istehlak krediti müqaviləsi üzrə illik 25% olmaqla, 10 ay müddətinə 389 (üç yüz səksən doqquz) manat dəyərində, 445 (dörd yüz qırx beş) manat kredit məbləği ilə ona 1 ədəd X4 8 3/32 qara markalı telefon və 679 (altı yüz yetmiş doqquz) manat dəyərində, 850 (səkkiz yüz əlli) manat kredit məbləği ilə 1 ədəd Samsung A51 64 GB qara markalı telefon verilmişdir. Cavabdehə kredit müqaviləsi üzrə aylıq 127 (bir yüz iyirmi yeddi) manat kredit öhdəliklərini yerinə yetirilməsi vəzifəsi izah edilmişdir. Cavabdeh 03 mart 2020-ci il tarixli, 22 saylı kredit müqaviləsi üzrə götürülmüş olduğu öhdəlikləri lazımınca icra etməmiş və nəticədə iddiaçıya 889 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçınin hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 889 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 919 manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: X1
Məhkəmə qərarları › İş №2(038)-210/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-210/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver