Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-213/2023 27.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 100 manat əsas borc, 28.57 manat faiz boru, 1.61 manat cərimə, cəmi 130.18 manat borc və 30.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli, 2826sNFTb/21 saylı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalana” SMS bildirişində qeyd olunan müddətdə,illik faiz dərəcəsində 10000 (on min) manatadək kredit limiti ayrır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir.Borcalan isə həmin kreditdən məqsədli təynatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürür. Kredit Xəttindən istifadəyə görə minimum 1% (min 1AZN) maksimum 6% (min 1AZN) komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı “Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı "xxxx" ASC həmin kredit müqaviləsində göstərilən məbləği Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq qeyd olunan müqavilənin şərtlərini yerinə yetirməyərək üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Odur ki, Cavabdeh 03 dekabr 2021-ci il tarixli, 2826sNFTb/21 saylı kredit müqaviləsi üzrə 100 manat əsas borc, 28.57 manat faiz boru, 1.61 manat cərimə, cəmi 130.18 manat borc və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddia qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 10 mart 2023-cü il tarixinə kimi banka 100 manat əsas borc, 28.57 manat faiz boru, 1.61 manat cərimə, cəmi 130.18 manat borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki,"xxxx" KB ASC məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz subutlarla təsdiq olunur ki, Cavabdeh ilə "xxxx" ASC-ilə bağlanmış 03 dekabr 2021-ci il tarixli, 2826sNFTb/21 saylı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalana” SMS bildirişində qeyd olunan müddətdə,illik faiz dərəcəsində 10000 (on min) manatadək kredit limiti ayrır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir.Borcalan isə həmin kreditdən məqsədli təynatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürür. Kredit Xəttindən istifadəyə görə minimum 1% (min 1AZN) maksimum 6% (min 1AZN) komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı “Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Cavabdeh isə həmin kreditdən məqsədli təynatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə 10 mart 2023-cü il tarixinə kimi banka 100 manat əsas borc, 28.57 manat faiz boru, 1.61 manat cərimə, cəmi 130.18 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 100 manat əsas borc, 28.57 manat faiz boru, 1.61 manat cərimə, cəmi 130.18 manat borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(038)-213/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-213/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver