Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-214/2025 15.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 950 manat maddi ziyan, 15.000 manat mənəvi ziyan və dövlət rüsumu kimi ödədiyi 140 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 2-ci qrup əlildir və 2 övladı vardır. 2023-cü ilin iyun ayında Yardımlı rayonu, Ostair kənd sakini Cavabdeh1 oğlu Elçin üçün onun qızına elçi gəlmişdir. Onlar söhbət etmiş və fikirlərini öyrənmişlər. Həmin vaxt Yusif oğlunun ali təhsilli olduğunu, Sumqayıt şəhərində yaşadığını və dükan işlətdiyini bildirdi. Həmçinin Yusif oğlunun öz evinin olduğunu və ayrı yaşadığını bildirdi. Həmin vaxt Yusif qohumçuluğumuz baş tutarsa oğlunun evləndikdən sonra öz evində yaşayacağını bildirdi. Onlar da Yusifin dedikləri ilə razılaşmış və Yusifin oğlunu tanımağı ona bildirmişlər. Yusif demişdir ki, şəhərə gedək, orada oğlumuda görə bilərsən. O da Yusifilə birlikdə Sumqayıt şəhərinə getmiş və dediklərinin hamısını ona göstərmişdir. Bundan sonra rayona qayıtmışdır. Ailəsi və yaxınları ilə söhbət etdikdən sonra elçiliyə razılıq vermişlər. 2024-cü il iyun ayının 12-də qızına toy etmiş, on gün sonra isə oğlan evi Sumqayıt şəhərində toy etdi və qızı həmin evə gəlin köçmüşdür. 2024-cü ilin avqust ayının 12-də yoldaşı ilə qızına baş çəkməyə getmişlər. Sürücü onları Novxanıya aparmış, maşından düşdükdən sonra qapıdan əşyalarını içəri salmışlar. Kürəkəni Elçin onları qarşılamış və apardıqları əşyaları evə götürmüşlər. Həmin vaxt Elçin onlara demişdir ki, siz oturun mən 15 dəqiqəyə gəlirəm. Onlar qonaq otağına keçmiş və qızları onlara çay gətirmişdir. Onlar qızı ilə söhbət edərkən birdən qapı açıldı və Yusif, yoldaşı Həqiqət, qızı Gülnar və Elçin içəri daxil olduqdan sonra onların üzərinə hücum kəçərək, qızının saçından tutub sürümüş, qızına nalayiq söyüşlər söyərək, «siz bura niyə gəlmisiniz» dedilər. Həmin vaxt o nə olduğunu başa düşməmiş, dondum qalmış, dilim tutulmuş və özünü itirmişdir. Yusifin ailəsi onların apardığı əşyaları təpiklə vurub həyətə tökdülər. O nə edəcəyini bilməmiş, yoldaşı, qardaşı oğluna zəng vurub onları pis vəziyyətə saldıqlarını demişdir. O özündə olmadığı üçün yoldaşı taksi çağırmışdır. Yusifin ailəsi qızımın halının pis olduğunu, həmçinin onun huşumunun getməsi görüb qorxdular və dərhal həyətə qaçdılar. Yoldaşı bilmədi ki, onun ya qızının hayına qalsın. Taksi gəlmiş, onu yoldaşı və qızı yerdən qaldırıb taksiyə aparmışlar. Həmin vaxt qızının qızıllarını almışlar. Onlar oradan qardaşı oğlu Altayın evinə gəlmişlər. Həmin vaxt onun halı dəyişmiş və danışa bilmədiyini görüb onu dərhal Sumqayıt xəstəxanasına aprmışlar. O xəstəxanada olarkən həkimlər ona yardım etmiş və yalnız səhəri gün ayılmışdır. Amma danışığını itirmişdir. Başından çox güclü ağrılar olduğu üçün onu Sumqayıt şəhər xəstəxanasından Bakıya xəstəxanaya aparmışlar. Xəstəxanada onu MRT etmiş, müayinə zamanı insult keçirməyi və beyin damarlarının zədələnməsi diaqnozu verilmişdir. Həmin vaxtdan müalicə alsa da normal danışığı bərpa olunmamışdır. Danışığı itib, özünü çox pis hiss edirəm, sağlamlığı pozulmuşdur. Daimi həkim müayinəsindən keçmək məcburiyyətindədir. Həmin vaxtdan onların qohumçuluq əlaqələri kəsilmişdir və qızı onların himayəmizdə yaşayır. Müayinə və müalicə aldığı müddətdə cavabdeh ona hər hansı bir maddi və ya mənəvi köməklik göstərməmişdir. O sağlam həyat tərzi keçirmiş və nitqində hər hansı bir qüsur olmamışdır. Keçirdiyi stresden sonra nitqini itirmişdir. Daimi müalicə almağa məcburdur. O mənəvi iztirab keçirmişdir. Onu tanıyanlar və yaxın qohumları nitqinin pozulmasının qohumluq əlaqəsi zamanı baş verdiyini bilirlər və buna görə də həmişə utanmış, mənəvi əziyyət çəkmişdir. Qızımın ailəsinin dağılması ilə bərabər onun sağlamlığı pozulmuş və nitqini itirmişdir Bundan əlavə xəstəxanada müayinə və müalicə alarkən maddi ziyana düşmüşdür. Bütün bunlar cavabdehlərin hərəkətləri nəticəsində baş vermiş və sağlamlığı pozulmuşdur. Bütün bunlar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermiş və onun öz hərəkətlərinə biganə yanaşmasından sonra məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 iddiaya qarşı etiraz verərək bildirmişdir ki, keçmiş qaynatası İddiaçı yazdıqları ilə ilə tam razı deyildir. Əvvəla qaynatası uzun illərdir ki, xəstədir, 2-ci qrup əlildir. O daim müalicə və müayinə olunur. Onlara gəldiyi zaman isə o qaynatasını hörmətlə qarşılamış və içəri aparmışdır. Bundan öncə zəng etmişdir ki, bir yerə yığışsınlar və o öz şikayətlərini desin, valideyn olaraq onlar da qulaq assın. Son vaxtlar Əsmər onunla yola getmir. Bu səbəbdəb də hospitalda həkimə müraciət edərək 2000 manatlıq müalicə yazdırmışdır. Valideynlər bir yerdə söhbət edib məsələni həll etsinlər. Bu zaman anası və atası qapıdan içəri girmiş, onun valideynlərini görən Həbib ayağa qalxaraq «elə aranı siz qayıtsız» deyərək evdəki əşyaları sındırmağa başladı. Bu da azmış kimi valideynlərinə söyüş söyməyə başladı. Onlar yenə də polis şöbəsinə müraciət etməmişlər. Əgər o Həbibi və qızını döymüş olsaydı həmin vaxt polisə zəng edərdilər. Belə şər-böhtan yazmaqla qızlarını boşamamaq üçün onu şantaj edirlər. İnsan olaraq müraciət etmişdir ki, könüllü olaraq Asan Xidmətdə boşansınlar. O isə razı olmayaraq şər böhtanla məhkəməyə müraciət etmişdir. Hazırda Yardımlı Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etmişdir. Özü 3-cü dərəcəli əlildir. Bu səbəbdən də İddiaçı iddiasını qəbul etmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Mərifət qızı iddiaya qarşı etiraz verərək bildirmişlər ki, İddiaçı yazdıqları ila tam razı deyillər. Əvvəla qudası uzun illerdir ki, xəstədir, 2-ci qrup əlildir. O daim müalicə və müayinə olunur. Onlara gələn zaman onlar evdə olmamışlar. Oğlu bildirmişdir ki, oğlugilə gəsinlər. Bu barada Sevinc xanıma va Habibə demişdir. Həbib va Sevinc xanım təxminən 1 saat əvvəl onlara gəlmişdir və onlar sonradan evə çatmışlar. Onlar çatanda evdə söz-söhbət olmamışdır. Oğlu qızın səhvləri və hərəkətləri barədə onlara şikayət etdi. Onlar daim gəlinlə bir yerdə olmadığı üçün onların arasında olan münasibətdən xəbərləri yox idi. Oğlu şikayət etmiş və hər iki tərəfi dinləmişdir. Bu zaman Sevinc qışqırmağa başlamış və demişdir ki, qızında problem yoxdur. Bütün problemler özünüzdədir, o nə qədər sakitlik yaratmaq istədimsə də, mümkün olmamışdır. Həbiblə arvadı qışqır-bağır salıb söyüş söyməyə başladılar. Bu da azmış kimi evdə olan məişət əşyalarını və qab-qacaqları sındırmağa başladılar. O, oğlu və hayat yoldaşı evden çıxmışlar. Bir qədər keçdikdan sonra yenə də Sevincin qışqırıq səsləri gəldi ki, qorxma, səni boşadacayıq, bir başqasına ərə verəcəyik, onların başına da olmazın oynunu açacağıq. Hər ikisi xəstədirlər, həm ürəkdən, həm də təzyiqdən müalicə alırlar. Sonralar bilmişlər ki, oğlu Əsməri müalicəyə aparmış, nevropatoloqun müalicəsini alır, 2000 manatdan çox iynə dərmana pul verilib. Sadəcə olaraq tam münasibəti kəsməmək xatirinə 102 xidmətinə müraciət etməmişlər. Təzə gəlinin hərəkətlərinin yaxınları tərəfindən bilinməsini istəməmişlər. Bir müddət gözləmişlər, bu müddətdə onlar tutduğu işdən peşiman olmaq əvəzinə məhkəməyə vermişlər. Valideyn olaraq ailənin bərpa olunması üçün heç bir hərəkət etməmişlər. Heç bir şahid va sübutları olmadan xroniki xəstəliyinin müalicəsini onlarıb üzərinə ataraq sudan quru çıxmaq istəyirlər. Səhhəti ilə əlaqədar işdə iştirak edə bilmirlər. İşə onların iştirakı olmadan baxılıb, əladətli qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəməyə gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayı Həbib qızının yanına getmiş, həmən gün saat 11:12 radələrində oğlu telefonda, əmisi Həbib qızının evinə gedib orda dava olduğunu demişdir, Həbibə zəng edib görüşmüş və ordan çıxın və qızın orda qalmasını demişdir, Axşam 12 radələrində xəbər gəlmişdir ki, Həbib infakt keçirmişdir. Xəstəxanaya gedib, Həbibin özündə olmadığını görmüş, Yusifə zəng edərək, Həbibin vəziyyətinin necə olduğun demişdir. Bundan sonra Həbibi başqa xəstəxanaya aparmışlar və o, orada müalicə almışdır. Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı onun əri və cavabdehlər isə onun qızı Əsmər Camalovanın əri, onun valideynləridir. 2024-cü ilin avqust ayında iddiaçı ilə birlikdə qızının evinə getmiş, onları kürəkəni Elçin qarşılamışdır. Sonra Elçin evdən çıxıb getmiş, getmiş atası, anası, bacısı ilə birlikdə gəlmişlər. Mübahisə etməyə başlamışlar, Yusif «siz bura niyə gəlmisiz demişdir, yoldaşıda sizin başınıza oyun gətirəcəm, qızın heç bir iş görmür boşayacağıq» və.s sözlər demişdir. Bundan sonra səs küy yaranmış, Həbibin əsməsini görmüşdür, Həqiqət qızına «get, ata evində dul qadın kimi otur» demişdir. Həyətdə Həbibin yerə yıxıldığını görmüş taksi ilə qaynının evinə getmişlər, oradada halı pisləşmiş və xəstəxanya aparmışlar. Xəstəxanada insult keçirdiyin demişlər, həmən vaxtdan müailcə olunur. 027102 №-li əlillik vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2014-cü ildən etibarən ömürlük İİ qrup əlildir. Fotoşəkildən görünür ki, İddiaçı tibbi yardım göstərilir. Sumqayıt şəhər Tibb Mərkəzi 1 №-li Xəstəxana tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı xx.xx.2024-cü il saat 03:35-dən həmin gün saat 11:00-dək müddət ərzində həmin xəstəxanada stasionar müalicə almışdır. Satış qəbzlərindən görünür ki, dərman vasitələrinə 181,29 manat, 188 manat və 67,92 manat, olmaqla ümumilikdə 437,21 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hökumət ödəniş protalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Videogörüntülərdən görünür ki, mənzilin bir otağı əks olunur. Həmin otaqda iddiaçı, onun qızı və arvadı görünür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçı və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tələbin mahiyyətindən göründüyü kimi iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntularından, yəni delikt öhdəliklərindən irəli gələn tələb olduğundan mübahisənin həllində həmin hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd olunan normalarının dispozisiya şərtlərindən göründüyü kimi, şəxs o halda vurulmuş ziyanın ödənilməsini tələb edə bilər ki, ziyanı ödəməsi tələb edilən ziyan vurması öz təsdiqini tapmış olsun və vurulmuş ziyan ziyanvuranın təqsirli hüquqazidd hərəkətləri nəticəsində baş vermiş olsun. Məhkəmə qeyd edir ki, göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq etmək üçün Mülki Prosessual Məcəllənin tələbinə əsasən daha öncə iddiaçıya cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ziyan vurulması məsələsi müəyyən olunmalıdır. mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Cavabdehlərin hərəkətlərinin hüquqa zidd olması, ziyanın məhz həmin hərəkətlər nəticəsində baş verməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı ona ziyan dəyməsini, yəni xəstəliyə düçar olmasını təsdiq edən sübutları – tibbi arayış və ödəniş qəbzlərini məhkəməyə təqdim etsə də, həmin ziyanın məhz cavabdehin hüquqazidd və təqsirli hərəkətləri nəticəsində baş verməsini təsdiq edən hər hansı başqa mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir. Məhz buna görə də məhkəmə iddianı əsassız hesab edir və iddianın rədd olunması qənaətinə gəlir. Bundan başqa iddiaçı qızı Əsmərin cavabdehlər tərəfindən döyülməsini gördüyünü və bunun nəticəsində stres keçirdiyini bildirsə də, bununla bağlı da heç bir sübut təqdim etməmiş, ona verilmiş suala cavab olaraq, qızının döyülməsi ilə bağlı heç bir hüquq mühafizə orqanına müraciət olunmadığını bildirmişdir. Digər tərəfdən iddiaçının təqdim etdiyi videogörüntülərdən də, cavabdehlərin hər hansı hüquqazidd əməlinin mövcudluğu da görünmür. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzi 15000 manat və dövlət rüsumu kimi ödədiyi 140 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçının hesabına ödənilməsi» barədə iddiası sübuta yerilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin əvəzi 15000 manat və dövlət rüsumu kimi ödədiyi 140 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçının hesabına ödənilməsi» barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X5
Məhkəmə qərarları › İş №2(038)-214/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-214/2025
15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver