Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-236/2023 13.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, Məhkəmə iclasının katibi J1 katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı 17700 manat pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 17700 manat pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsi üzrə tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonu Təzəkənd kəndində yaşayır. 2023-cü ilin fevral ayında özünə avtomobil almaq istədiyinə görə, maşın bazarında təsadüfən tanış olduğu Cavabdeh ona yaxşı avtomobil təşkil edə biləcəyini bildirmişdir. O, maşın alğı-satqısından başı çıxmadığı üçün cavabdeh ona maşın alqı-satqısı ilə məşğul olduğunu, əgər ona 17700 manat pul versə yaxşı maşın tapa biləcəyini bildirmişdir. O, da cavabdeh ilə razılaşmış və hissə-hissə olmaqla cavabdehə ümumilikdə 17.700 manat pul vermişdir. Cavabdeh 17700 manat pulu ondan alması ilə bağlı ona qəbz vermişdir. Onun rəsmi adı Tərlan olsa da cəmiyyət arasında hamı onu Ataxan kimi tanıyır. Cavabdeh də onu Ataxan kimi tanıdığına görə qəbzdə Ataxan yazmışdır. Cavabdehə pulu verdikdən bir müddət keçdikdən sonra avtomobili soruşsa da bu gün-sabaha salmaqla onu aldatmış nə avtomobil almış, nə də pulunu qaytamamışdır. O, dəfələrlə cavabdehdən maşına görə verdiyi pulu yaxud, avtomobili istəsə də cavabdeh həmin pul vəsaitini qaytarmamışdır. Odur ki, məhkəməyə müraciət edərək cavabdehdən borcunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 17700 manat borcun və 144 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq ərizə təqdim edərək, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını məqsəduyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, Ataxandan (İddiaçı) əvvəl 10000 manat, sonra isə 5000 manat, 1200 manat və 1500 manat olmaqla ümumilikdə, 17700 manat pul almışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 144 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə qiyabi icraat qaydasında tədqiq olunmuş sübutlarla kifayətlənərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıya avtomobil almaq adı ilə İddiaçı 17700 manat pul almışdır. Cavabdeh iddiaçıya avtomobil almamaqla yanaşı, iddiaçıdan avtomobilə görə aldığı 17700 manat pulu da iddiaçıya qaytarmamışdır. Cavabdeh həmin pulun qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 385.2-ci maddələrində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1.-ci maddəsinin tələbinə görə fziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1. və 777.2.-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Göstərilən maddi hüquq normalarına əsasən, məhkəmə yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək qeyd edir ki, tərəflər arasında şifahi şəkildə avtomobilin alınması barədə tapşırıq müqaviləsi olmuşdur. Həmin şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh razılaşmanın şərtlərini pozaraq, tapşırığı icra etməmiş və eyni zamanda almış olduğu pulu qaytarmamışdır. Məhkəmə iş materiallarında olan qəbzi mötəbər sübut kimi qəbul və müzakirə edərək qeyd edir ki, Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, Ataxandan (İddiaçı) əvvəl 10000 manat, sonra isə 5000 manat, 1200 manat və 1500 manat olmaqla ümumilikdə, 17700 manat pul almışdır. Ona görə də iddiaçı 17700 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1.-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qiyabi icraat qaydasında müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla kifayətlənərək belə hüquqi nəticəyə gəlir ki, 17700 manat pul və 144 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 244, 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 17700 manat və dövlət rüsumuna görə ödənilmiş 144 manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə və ya bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayət verə bilərlər. X1
Məhkəmə qərarları › İş №2(038)-236/2023
Yardımlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(038)-236/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver