Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-247/2025 01.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, cavadeh Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cii il tarixli kredit müqaviləsi üzrə banka 21.140,37 manat əsas, 1.191,34 manat faiz və 5,59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 22.337,30 manat və 157,01 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh xx.xx.2024-cü il tarixli islehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 14.9 faizlə 36 ay müddətinə 24.000 manat kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən borcalanın kreditor qarşısında öhdəliyinin cəmi 22.914,78 manat( əsas borc 22689.40 manat, hesablanmış faiz 225.38 manat) təşkil edir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 21.140,37 manat əsas borc, 1.191,34 manat faiz borc, 22.35 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 22354.06 manat borcu vardır. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 22.35 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 5,59 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəmə iclasında çıxış edərək, tərəfələr arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasən 21.140,37 manat əsas, 1.191,34 manat faiz, ödəməli idi, lakin tam ödəniş olmamışdır iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12-Y-1-0-449- 24 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair xx.xx.2024-cü il tarixli əlavə sazişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 14.9 faizlə 36 ay müddətinə 24000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 21.140,37 manat əsas borc, 1.191,34 manat faiz borc, 22.35 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 22354.06 manat borcu vardır. xx.xx.2025-cü il tarixli hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 157,01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə 9/2549 nömrəli 26 may 2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12-Y-1-0-449-24 saylı kredit müqaviləyə əlavə və dəyişikliklər edilməsinə dair xx.xx.2024-cü il tarixli əlavə saziş üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur. xx.xx.2024-cü il tarixə əsas kredit borcu 21.126,83 manat; - faiz borcu 967,81 manat; Qeyd edilir ki, ekspert tədqiqatı zamanı Cavabdeh borcu xx.xx.2024-cü il tarixə (maliyyə arayışında və iddia tələbində göstərilən tarixə) hesablandığından həmin tarixdən sonra aparılmış 1618,00 manat məbləğində ödəniş nəzərə alınmadı. Ekspertiza rəyinə əlavə edilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının aparılması xərci 100 manat təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ: Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh xx.xx.2024-cü il tarixli islehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 14.9 faizlə 36 ay müddətinə 24000 manat kredit götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən hüquq normalarının tələbi baxmından qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə yuxarıda qeyd olunan pul məbləğini cavabdehə verməyi, cavabdeh isə 36 ay müddətinə hesablanmış faizlərlə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mübahisə borcun qalıq məbləği ilə bağlıdır. Məhkəmə işin mübahisəli halları bağlı Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12-Y-1-0- 449-24 saylı kredit müqaviləyə əlavə və dəyişikliklər edilməsinə dair xx.xx.2024-cü il tarixli əlavə saziş üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə ödənilməli olan kredit - əsas kredit borcu 21.126,83 manat; - faiz borcu 967,81 manat təşkil edir. Ekspert tədqiqatı zamanı Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdən sonra 1618,00 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə ekspert rəyində qeyd olunanları əsaslı hesab edir və ekspertiza rəyinin doğurluğunun şübhə altına alınmasına heç bir əsas görmür. Buna görə də iddia əsas və faiz məbləğinə münasibətdə ekspertiza rəyində qeyd olunan qaydada təmin edilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, MM-nin yuxarıda qeyd edilən 432.4-cü maddəsinin tələbi baxmından cavabdeh iddia verilən tarixdən sonrakı tarixə 1618,00 manat məbləğində ödəniş etdiyindən həmin ödəniş məbləği ilk növbədə cərimə, daha sonra ekspertiza rəyində müəyyən edilmiş qalıq faiz məbləğindən, sonra isə əsas məbləğdən çıxılmalıdır. (1.618 manat - 5,59 manat cərimə borcu - 967,81 manat faiz borcu = 644,6 manat; 21.126,83 manat əsas borc – 644,6 manat = 20.482,23 manat) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12-Y-1-0-449-24 saylı kredit müqaviləyə əlavə və dəyişikliklər edilməsinə dair xx.xx.2024-cü il tarixli əlavə saziş üzrə yaranmış 20.482,23 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin yeni maliyyə arayışının nəzərə alınaraq ona iddia tələbinə həmin maliyyə arayışına uyğun təmin edilməsini barədə çıxışının dəlillərinə qiymət verərək, hesab edir ki, iddiaçı tələbinə qanunamüvafiq qaydada dəqiqləşmə, yaxud da iddia tələbinin həcminin artırılması və ya azaldılması ilə bağlı hər hansı ərizə vermədiyindən yalnız iddia tələbində göstərilən tələbə hüquqi qiymət verilməlidir. MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddiaçı tələbində ümumilikdə 22.337,30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, məhkəmə araşdırması zamanı isə həmin tələbin 0,92 hissəsi, yəni 20.482,23 manat hissəsinin təmin edilməli olması qənaətinə gəlinmişdir. Belə olan halda da məhkəmə xərcləri, yəni ekspertiza xərci və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun tərəflər arasında bölüşdürülməlidir. Buna görə də məhkəmə hesab edir ki, ekpsertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 92 manat hissəsi cavabdehdən, 8 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə və iddiaçnın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 157,01 manat məbləğində pul vəsaitinin 144,45 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 12,56 manat hissəsi isə iddiaçıya aid olunmalıdır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12-Y- 1-0-449-24 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair xx.xx.2024-cü il tarixli əlavə sazişinə əsasən əsas borc üzrə 20.482,23 manat və iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 144,45 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd olunmalı, ekpsertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 92 manat hissəsi Cavabdeh, 8 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12-Y-1-0-449- 24 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair xx.xx.2024-cü il tarixli əlavə sazişinə əsasən əsas borc üzrə 20.482,23 manat və iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 144,45 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Ekpsertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 92 manat hissəsi Cavabdeh, 8 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(038)-247/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-247/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver