Məhkəmə qərarları › İş №2(038)-249/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-249/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-249/2023 01.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 29 iyul 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Yardımlı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(038)- 117/2021 saylı qətnaməsi ilə təyin edilmiş 130 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(038)- 117/20201 cavabdeh ilə birgə nigahlarından doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq onun xeyrinə verilməsi müəyyən edilmişdir. X2 hazırda onun himayəsində yaşayır. Alimentin təyin edildiyi 2021-ci ildən sonra yaşayış minimumu hər il artmış və Azərbaycan Respublikasında yaşayış minimu haqqında Qanunda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş aliment yaşayış minimumunun bazar qiymətlərinin artdığı hazırkı dövrdə uşağın sosial və maddi tələbatının ödənilməsi üçün yetərli deyil. X3 məktəbə gedir, böyüdükcə hər cür təlabatı artır. Himayəsində az yaşlı uşağı olduğundan və yaşadığı kənddə iş yeri olmadığından işləyə bilmir hər hansı gəliri yoxdur. Hal-hazırda Yardımlı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçun 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh uşaqla ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğı və ehtiyaclarını o çəkir, cavabdeh tərəfindən uşağa qarşı heç bir diqqət və qayğı göstərilmir. Ona görə də “alimentin miqdarını artıraraq hər ay 220 manat müəyyən olunması barədə qətnamə çixarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 iyul 2015-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Yardımlı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(038)-117/2021 cavabdeh ilə birgə nigahlarından doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq onun xeyrinə verilməsi müəyyən edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər faktiki olaraq ailə qurmuş, birgə nikahdan X5 anadan olmuşdur. Yardımlı rayon məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(038)- 117/2021 il tarixli qətnaməsi ilə 130 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 29 iyul 2015-ci ildə anadan olmuş X4 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Yardımlı rayon məhkəməsinin 2(038)-117/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə hər uşağa görə 130 manat aliment miqdarı müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən iddiaçı və cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşaqların saxlanılamsı üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 180 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(038)- 117/2021 saylı qətnaməsi ilə 29 iyul 2015-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş sabit aliment miqdarı artırılaraq hər ay 180 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar