Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-251/2023 13.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh X3 qarşı 3300 manat pul, 1500 manat mənəvi zərər və 68 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı 3300 manat məbləğində pul, 1500 manat mənəvi zərər və ödənilmiş 68 manat ödənilmiş dövlət rüsumu tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsi üzrə tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci ildə Bərdə şəhərində anadan olmuş və Bakı şəhərində yaşayır. 2021-ci il ərzində “DİGİNET” şirkətində çalışmışdır. Həmin şirkətdə onunla birlikdə çalışan cavabdeh X4 ilə münasibətləri yaranmışdır. Cavabdeh X4 iş zamanı ona bildirmişdir ki, fiber optik kabel satmaqla yaxşı gəlir əldə etmək olar. Bu məqsədlə ondan pul istəmişdir.12.2021-ci il tarixdə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi,14 iyul küçəsində istifadəsində olan “Azər- Türk” bank kartından onun istifadəsində olan Kapital bank kartına müxtəlif vaxtlarda 3300 manat nəğd pul köçürmə etmişdir. Aralarında olan razılığa görə, iki gün ərzində gəlir əldə edildikdən sonra ona 4300 manat pul qaytarmalı idi. Hər dəfə o pulunu istəyəndə, müxtəlif bəhanələrlə onu aldadaraq, bu gün-sabah verəcəyini vəd edirmişdir. Bir neçə gün sonra yaxın qohumları ona bildirib ki, cavabdeh bir neçə nəfərdən də dələduzduq yolu ilə külli miqdarda pullar mənimsəmişdir. O, 2-3 dəfə Fəridin atası ilə mobil telefonla əlaqə saxlamış, atasl isə bildirmişdir ki, onun belə adda oğlu yoxdur. Fərid Abbaslı ondan başqa digər şəxsləri də dələduzluq yolu ilə aldatdığı üçün onun barəsində Səbail Rayon Pİ-nin istitaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi illə cinayət işi başlanılaraq Səbail rayon Məhkəməsinə göndərilmiş və Məhkəmənin hökmü ilə ona cəza təyin edilmişdir. Onu da bildirir ki, cavabdeh barəsində Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər qurumlara rəsmi şikayət ərizələri ilə müraciət etmişdir. Şikayətinin Suraxanı rayon Pİ-nin İŞ-də araşdıraraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməklə məhkəməyə müraciət etməsini tövsiyyə edilmişdir. İddiaçı 01 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında ərizə verərək iddia tələbinin 1500 manat mənəvi ziyan hissəsindən imtina etməsini bildirmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq ərizə təqdim edərək, 3300 manat məbləğində pulunun və 68 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını və cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını məqsəduyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında, X2 pulun qaytarılması barədə ərizəsi mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 10 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 68 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə qiyabi icraat qaydasında tədqiq olunmuş sübutlarla kifayətlənərək belə nəticəyə gəlir ki, X4, İddiaçı almış olduğu 3300 manat məbləğində pulu qalmışdır. Cavabdeh X4 həmin pulun qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 385.2-ci maddələrində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1.-ci maddəsinin tələbinə görə fziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən maddi hüquq normalarına əsasən, məhkəmə yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək qeyd edir ki, tərəflər arasında şifahi formada gəlir əldə etməküçün müqavilə bağlamışlar. Həmin şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh razılaşmanın şərtlərini pozaraq, iddiaçıya olan borcunu ona ödəməmişdir. Ona görə də iddiaçı cavabdehdən 3300 manat pul tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1.-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qiyabi icraat qaydasında müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla kifayətlənərək belə hüquqi nəticəyə gəlir ki, 3300 manat məbləğində pul, və 68 manat dövlət rüsumu cavabdeh X1 alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 244, 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 3300 manat pul və 68 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə və ya bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayət verə bilərlər. Sədrlik edən: X5
Məhkəmə qərarları › İş №2(038)-251/2023
Yardımlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(038)-251/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver