Məhkəmə qərarları › İş №2(038)-252/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-252/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-252/2023 27.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X14 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi İddiaçı Lənkəran Regional X4 nümayəndəsi X3, Cavabdeh iştirakları ilə. İddiaçı Lənkəran Regional X4 Cavabdeh qarşı 792.76 manat maddi ziyan tələbinə dair mülki işə, məhkəmənin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Lənkəran Regional X8 Cavabdeh 792.76 manat maddi ziyan tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Lənkəran Regional X4 əməkdaşları tərəfindən 26 oktyabr 2022-ci il tarixdə Lerik meşəbəyliyinin 1a saylı meşə dolayısınında reyd keçirilən zaman Yardımlı rayonu Alar kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X13 aparması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X16 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli,, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 792 (yeddi yüz doxsan iki) manat 76 (yetmiş altı) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2022-ci il tarixli, 27/4/439 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödənməsi tələb edilmiş, lakin cavabdeh zərəri ödəməkdən imtina etmişdir. Odur ki, həmin zərərin əvəzi olan 792.76 manatın cavabdehdən tutulması tələb olunur. İddiaçı Lənkəran Regional X4 nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, meşə işçilərindən oğlunun ailə işi ilə bağlı çoxsaylı şikayətlər etmişdir. Ona görə də, onun barəsində qərəzli olaraq bu iddia məhkəməyə verilmişdir. Bu səbəblə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində bildidi ki, o, X11 X1 meşəbəyliyinin 1a saylı meşə dolayının meşə gözətçisidir. 14 sentyabr 2022-ci ildə Yardımlı rayonu Alar kənd sakini Cavabdeh həmin meşə ərazisində qanunsuz olaraq ağac kəsərkən, daşıyarkən onun fotoşəkillərini çəkmişdir. O, bu barədə Lənkəran Regional X8nə məlumat vermiş və 26 oktyabr 2022-ci il tarixdə həmin məlumat yerində araşdırılmış, dəymiş ziyanla bağlı akt və həcm-qiymət cədvəli tərtib edilmişdir. O, bir neçə dəfə eyni hərəkəti etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 26 oktyabr 2022-ci il tarixli ziyanın hesablanması barədə aktdan və həcm-qiymət cədvəlindən görünür ki, cavabdeh 14.662 m³ oduna görə 792.76 manat maddi ziyan hesablanmışdır. 30 iyun 2019-cu il tarixli aktdan məlum olur ki, Lerik meşəbəyliyinin 1a saylı meşə dolayının gözətçisi X9 rayonu Alar kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X13 aparması barədə məlumatı əsasında, həmin meşə dolayında araşdırma aparılmış, reyd keçirilən zaman meşə ərazisində14.662 m³ odun aşkar olunmuşdur. Masallı X2 17 iyul 2019-cu il tarixli məktubundan məlum olur ki, 792.76 manat maddi ziyanın ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. 26 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lerik meşəbəyliyinin 1a saylı meşə dolayında kök üstə yaş ağacları kəsdiyinə Cavabdeh barəsində protokol tərtib edilmişdir. Təqdim edilmiş fotoşəkillərdə olan şəxsin X10 olmasını o, özü təsdiq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, cavabdehin hüquqa ziddi əməli, həmin əməllə dəymiş ziyan arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən 14 sentyabr 2022ci ildə Yardamlı rayonu Alar kənd sakini Ağayev X6 Regional Meşə X1 meşəbəyliyinin 1a saylı meşə dolayında qanunsuz olaraq ağacları kəsmişdir. 26 oktyabr 2022-ci il tarixdə həmin məlumat yerində araşdırılmış, həmin dolayda 14.662 m³ odun aşkar olunmuşdur. Ona görə də iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 792.76 manat maddi ziyan alınaraq Lənkəran Regional X4 hesabına ödənilsin. Məhkəmə xərcinə görə 30 (otuz) manat Cavabdeh alınaraq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar