Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-252/2024 01.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Yardımlı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə 28 mart 2024-cü il tarixdə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra 01 aprel 2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla verdiyi üçün iddia ərizəsinin, dövlət rüsumunun və digər sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9.-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanunun 5.1.2. maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142211 olan) 132 manat dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-268, 396-cı maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Bundan əlavə, İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142211 olan) 132 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə və Yardımlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4.
Məhkəmə qərarları › İş №2(038)-252/2024
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-252/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver