Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-27/2025 18.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 mart 2021-ci il tarixdə Bakı şəhərində Cavabdeh ilə onun arasında yazılı şəkildə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o 2021-ci ildə Cavabdeh hissə-hissə olmaqla, ümumilikdə 78.000(yetmiş səkkiz min) manat borc vermişdir. Cavabdeh borcu hissə-hissə, lakin 1 (bir) il ərzində tam ona qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh ondan aldığı 78000 (yetmiş səkkiz min) manat borcdan 05 oktyabr 2021-ci il tarixdə 9000 (doqquz min) manat, 18 noyabr 2021-ci il tarixdə 10000 (on min) manat və 04 yanvar 2022-ci il tarixdə isə 13000 (on üç min) manat, ümumilikdə 32000 (otuz iki min) manat ona ödəmiş və bu barədə aralarında qəbz yazılaraq imzalanmışdır. Həmin müqavilə üzrə cavabdehin ona ödənilməmiş 46000 (qırx altı min) manat borcu qalmışdır ki, bu borcu cavabdeh bu günə qədər mənə ödəməmiş və ödəməkdən yayınmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Cavabdeh xahişi ilə Bakı şəhəri 43 saylı notariat ofisində onunla aralarında daha bir kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən o, bir il müddətinə, xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə ondan 1000 (min) manat borc almışdır. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin borcunu da qaytarmamışdır. Hazırda cavabdehin ümumilikdə ona ödənilməmiş 47000 (qırx yeddi min) manat borcu qalmışdır ki, cavabdeh həmin borcu ödəməkdən faktiki imtina etmişdir. Cavabdeh ona olan borcunun ödənilməmiş 47000 (qırx yeddi min) manat hissəsini ödəməkdən tam yayınmaq məqsədi ilə bioloji atası X1 adından onun barəsində Yardımlı rayon polis şöbəsinə şikayət verərək, onlarla qohumluq əlaqələri olan 15-20 nəfər şəxsdən ödənişi dayandırılmış pensiyalarının bərpa edilməsi üçün pul yığaraq güya ona vermişlər. Halbuki Cavabdeh ona olan 78.000 manat borcundan 32.000 manat ödəmiş, cavabdehin ona 46.000 və 1000 manat ödənilməmiş borcu qalmışdır. Nurəddin Qardaşxanovun şikayəti əsasında Yardımlı rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, lakin iş üzrə ibtidai istintaq qeyri-obyektiv, qərəzli və birtərəfli aparılaraq, Nurəddin və Ziyəddinin qohuməqrabaları və tanışları sayılan zərərçəkmiş şəxslərdən uydurma ifadələr alınmaqla, həmin şəxslərin onu tanımadıqlarına və görmədiklərinə baxmayaraq, o həmin şəxslərə tanıma üçün təqdim edilmədən müstəntiq tərəfindən həmin şəxslər birbaşa onun üzünə durmuşlar. Bundan sonra məstəntiq onu zərəri ödəməyəcəyi təqdirdə barəsində həbs qətimkan tədbiri tətbiq ediləcəyi ilə hədələyərək, ondan 75500 manat alınmış və güya həmin 75500 manatı zərərçəkmiş şəxslərə ödəmişdir. Əgər müstəntiq həmin məbləğin hamısını zərər çəkmiş şəxslərə ödəmişdirsə, onda nəyə görə müstəntiq ona imkan vermirdi ki, o özü zərər çəkmiş şəxslərə fərdi qaydada ödəniş edərək həmin şəxslərin hər birindən ayrıca ödənişi təsdiq edən yazılı qəbz alsın. Qeyd etmişdir ki, cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv, qərəzli və birtəfli aparılması onunla da təsdiq edilmişdir ki, Cavabdeh 08 mart 2021-ci il tarixli borc müqaviləsində, 05 oktyabr 2021-ci il tarixli, 18 noyabr 2021-ci il tarixli və 04 yanvar 2022-ci il tarixli qəbzlərdəki imzanın ona məxsus olmasını inkar etməsə də, iş üzrə müstəntiq tərəfindən məhkəmə xətşunaslıq ekspertizası təyin eldilərək rəy alınmışdır. İş üzrə alınmış xx.xx.2022-ci il tarixli, 4/585 nömrəli ekspert rəyində qeyd edilən müqavilə və qəbzlərdəki imzaların Cavabdeh tərəfindən icra edilmədiyi göstərilmişdir. O həmin rəylə razılaşmayıb vəsatət verərək, təkrar məhkəmə xətşunaslıq ekspertizasının keçirilməsini həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində xahiş etsə də, vəsatəti əsassız olaraq təmin edilməmişdir. Beləliklə o saxta sübutlara söykənən ittiham əsasında Yardımlı rayon məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 1(038)-11/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 5000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Yardımlı rayon məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 1(038)-11/2022 nömrəli hökmündən həm onun, həm də zərər çəkmiş X1 verdiyi apellyasiya şikayəti təmin olunmasa da, şikayət üzrə apellyasiya baxışında verdikləri vəsatətlər qismən təmin edilərək, iş üzrə apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilərək, təkrar məhkəmə xətşunaslıq ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi alınmışdır. Məhkəməxəttşunaslıq ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 4/1361 nömrəli rəyində 08 mart 2021-ci il tarixli borc müqaviləsində, 05 oktyabr 2021-ci il tarixli, 18 noyabr 2021-ci il tarixli və 04 yanvar 2022-ci il tarixli qəbzlərdəki imzaların Cavabdeh tərəfindən icra edildiyi göstərilmişdir. Lakin həmin rəylə razılaşmayan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinə vəsatət təqdim edərək, iş üzrə təkrar məhkəmə-xəttşunaslıq ekspertizasının təyin edilərək rəy alınmasını xahiş etmişdir. Dövlət ittihamçısının vəsatətinə əsasən alınmış xx.xx.2023-cü il tarixli, 4/13 saylı ekspert rəyində də anoloji nəticəyə gəlinmişdir. X5 məhkəməsi apellyasiya şikayətləri üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 1(106)- 14/2023 nömrəli yekun qərarının 29-cu səhifəsinin 2-ci abzasında apellyasiya baxışı zamanı alınmış 25 noyabr 2022-ci il tarixli, 4/1361 nömrəli və xx.xx.2023-cü il tarixli, 4/13 nömrəli ekspert rəylərinin təqsirləndirilən şəxsin törətdiyi cinayətə heç-bir aidiyyətinin olmaması nəticəsinə gələrək, onlara hüquqi qiymət verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi və işə onun iştirakı olmadan baxıb, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İşdə olan 8 mart 2021-ci il tarixdə iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh ailə üzvlərindən birinin xəstə olduğuna və onun müalicə edilməsi məqsədi ilə İddiaçı 78000 manat məbləğində pul almış və həmin pulu 1 il ərzində hissə-hissə qaytaracağına söz vermişdir. İşdə olan 25 yanvar 2022-ci il tarixli Bakı şəhər 43 saylı Notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 1000 manat məbləğində pulu İddiaçı almış və həmin pulu 25 yanvar 2023-cü il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. İşdə olan 5 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 78000 manat məbləğində borca aldığı puldan 9000 manat məbləğində pulu geri qaytarmışdır. İşdə olan 18 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 78000 manat məbləğində borca aldığı puldan 10000 manat məbləğində pulu geri qaytarmışdır. İşdə olan 4 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 78000 manat məbləğində borca aldığı puldan 13000 manat məbləğində pulu geri qaytarmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddianın verilməsinə görə 259 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsasını tərəflər arasında kredit müqaviləsi bağlanan zaman qüvvədə olan (xx.xx.2023-cü ilədək qüvvədə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə iddiaçının tələbi ondan ibarətdir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və ayrı-ayrılıqda 78000 manat və 1000 manat pulu cavabdehə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməmiş, aldığı ümumilikdə 79000 manat pulun 32000 manatını iddiaçıya geri qaytarsada qalan 47000 manat pulu iddiaçıya qaytarmamaqla öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbzi iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğu həmin qəbzlə öz təsdiqini tapmışdır. MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 47000 manat pul və 259 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 47000 (qırx yeddi min) manat pul və 259( iki yüz əlli doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(038)-27/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-27/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver