Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-286/2023 12.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Mən Yardımlı rayon məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyətin Cavabdeh qarşı kredit borcu tələbi barədə iddia ərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı "xxxx" KB ASC Yardımlı rayon Məhkəməsinə iddia ərizəsi göndərərək Cavabdeh 574nkMDK\22 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1235,13 manat kredit borcunun və 32,76 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini tədqiq edərkən müəyyən etmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, Cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Lerik rayonu, Veri ərazi dairəsi, Əliabad kəndidir. Lakin iddia ərizəsi tərtib edilərkən Cavabdeh ünvanı Lerik rayonu Veri ərazi dairəsi, Əliabad kəndi deyil, ünvan 2i qeyd edilmiş və iddia ərizəsinə və əlavə edilmiş sənədlər Yardımlı rayon Məhkəməsinə göndərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədəyalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 40.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-nin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbi barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər MPM-nin 152-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrinirəhbərtutaraq qərara aldım : İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbi barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Unibank KB ASC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: X1
Məhkəmə qərarları › İş №2(038)-286/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-286/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver