Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-29/2024 22.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın onun yanında saxlanılması və aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 11 noyabr 2014-cü il təvəllüdlü X6 və 08 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Yardımlı rayon məhkəməsinin qətnamələri ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat, cəmi 440 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Yardımlı rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə 11 noyabr 2014-cü il tarixdə anadan olmuş X4 və həmin məhkəmənin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə 08 mart 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləində alimentin Cavabdeh alınaraq ona verilməsi qərara alınmışdır. Hal-hazırda Səlimli Mədinə orta məktəbdə 4-cü sinifdə, Şahbazlı Ümid isə 2-ci sinifdə oxuyurlar. Yardımli rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş alimentin məbləği uşağların tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti vaxtı-vaxtında ödəmir və 2000 manatadək borcu yaranmışdır. Uşağların bütün qayğısı və ehtiyaclarını tamamilə o çəkir. Uşağların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə da görə ''aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və artıq aralarında mediasiya prosesi keçirilmişdir. İddiaçı nümayəndəsi X5 iddia ərzəsi ilə eyni məzmunda izahat verərək, uşaqların hazırda orta məktəbdə təhsil aldığını, bununla əlaqədar xərclərinin artdığını və maddi xərclərin qarşılanmasında iddiaçının çətinlik çəkdiyini bildirdi. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Yardımlı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 100 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Yardımlı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 100 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər ailə qurmuş, birgə yaşayışlarından 11 noyabr 2014-cü il təvəllüdlü X6 və 08 mart 2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Yardımlı rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə 11 noyabr 2014-cü il tarixdə anadan olmuş X4 və 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə 08 mart 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 11 noyabr 2014-cü il təvəllüdlü X6 və 08 mart 2016-cı il təvəllüdlü X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Yardımlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qətnamələri ilə hər ay hər bir uşağa görə 100 manat sabit pul məbləğində miqdarında aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Həmçinin tərəflərin qarşılıqlı razılığı ilə aliment sabit pul məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, yetkinlik yaşına çatmamış uşaqlar üçün aylıq aliment məbləğinin hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılaması üçün alimetin miqdarının artırılaraq hər ay bir uşaq üçün 160 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qətnamələri ilə 11 noyabr 2014-cü il təvəllüdlü X6 və 08 mart 2016-cı il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X11
Məhkəmə qərarları › İş №2(038)-29/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-29/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver