Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-294/2023 22.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə göndədərək, mülki işin icraatının baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, ödənilmiş dövlət rüsumnu geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanunun 5.1.2. maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh qarşı iddia ərizəsi və əlavə edilmiş sənədlər, həmçinin iş üzrə ödənilmiş (xx.xx.2023-cü il tarixli, mədaxil qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1) 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçı "xxxx" MMC -yə qaytarılsın. "xxxx" MMC tərəfindən ödənilmiş (xx.xx.2023-cü il tarixli, mədaxil qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1) 30 manat dövlət rüsumu da geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: X1
Məhkəmə qərarları › İş №2(038)-294/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-294/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver