Məhkəmə qərarları › İş №2(038)-296/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-296/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-296/2023 22.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC -nin Cavabdeh qarşı kredit borcu tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" KB ASC elektron Məhkəmə sistemi vasitəsi ilə Məhkəməyə ərizə göndədərək, Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulmasına dair 2(038)-296/2023 saylı mülki iş üzrə iddia tələbimizdən Banka olan borc məbləği tam olaraq ödənildiyi üçün imtina edirik və bununla əlaqədar olaraq mülki iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiasından imtina etməsi barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul olunmalıdır. Аzərbаycаn Rеspublikаsının MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulmasına dair 2(038)-296/2023 saylı mülki iş üzrə iddia tələblərindən Banka olan borc məbləği tam olaraq ödənildiyi üçün imtina etdikləri və bununla əlaqədar olaraq mülki iş üzrə xitam verilməsi tələbi barədə iddiadan imtina etməsi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul olunmalı və 2(038)- 296/2023 nömrəli iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.2, 261.0.4, 262, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış fazizlərin və cərimənin tutulmasına dair 2(038)-296/2023 saylı mülki iş üzrə iddia tələblərindən Banka olan borc məbləği tam olaraq ödənildiyi üçün iddiasından imtina etməsi qəbul olunsun. İddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul olunması ilə əlaqədar 2(038)-296/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar