Məhkəmə qərarları › İş №2(038)-298/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-298/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-298/2025 03.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı 11 saylı RMTM-nin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: 11 saylı X2 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 170 (bir yüz yetmiş) manat 57 (əlli yeddi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutulub 11 saylı X2 Mərkəzin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 saylı X2 Mərkəzinin 2 saylı meşəbəyliyinin 4a saylı meşə dolayının gözətçisi X1 mobil telefonla verdiyi məlumat və Yardımlı RPŞ-nə yazdığı ərizəsi əsasında Mərkəzin əməkdaşları tərəfindən 25 yanvar 2025-ci il tarixdə Mərkəzin 4 saylı meşəbəyliyinin 4a saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayonu Honuba kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X6 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 170 (bir yüz yetmiş) manat 57 (əlli yeddi) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə, 26/23/d saylı məktubla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2025-ci il tarixdə. MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. Eyni zamanda xx.xx.2025ci il tarixdə. № 3-14/2-07-A-3/2025 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, ərizəyə etirazı yoxdur, Yanvar ayında ağacı kəsdiyini demişdir, meşə qırma bileti olub, lakin bu iddia üzrə əlavə ağac kəsmişdir, yaşadığı yerdə qazın olmadığını məcbur qaldığını bildirmiş, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 25 yanvar 2025-ci il tarixli Aktdan görünür ki, 11 saylı X2 Mərkəzinin 2 saylı meşəbəyliyinin 4a saylı meşə dolayının gözətçisi X1 mobil telefonla verdiyi məlumat və Yardımlı RPŞ-nə yazdığı ərizəsi əsasında Mərkəzin əməkdaşları tərəfindən 25 yanvar 2025-ci il tarixdə Mərkəzin 4 saylı meşəbəyliyinin 4a saylı meşə dolayında araşdırma aparılan zaman Yardımlı rayonu Honuba kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X6 zərər vurması faktı müəyyən edilmişdir. Həcm qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 170 (bir yüz yetmiş) manat 57 (əlli yeddi) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında 30 fevral 2025-ci il tarixli MN ******* №-li qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, . Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 170 (bir yüz yetmiş) manat 57 (əlli yeddi) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-ci maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarının 1-ci maddəsinin 1-ci bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar tərəfindən meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi nəticəsində maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxmından müəyyən olunur ki, Cavabdeh səhlənkarlığı nəticəsində X6 170 (bir yüz yetmiş) manat 57 (əlli yeddi) qəpik manat məbləğində maddi zərər vurulmuşdur ki, zərər vurmuş şəxs Cavabdeh tərəfindən həmin zərər tam həcmdə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 170 (bir yüz yetmiş) manat 57 (əlli yeddi) qəpik manat məbləğində pul alınaraq 11 saylı RTMT-nin hesabına, həmçinin iddinın verilməsi üçün dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 170,57 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 11 saylı X2 Mərkəzinin hesabına ödənilsin. İddinın verilməsi üçün dövlət rüsumu kimi 30(otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar