Məhkəmə qərarları › İş №2(038)-328/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-328/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-328/2025 08.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş ziyanın ödənilməmiş 1.414 (bir min dörd yüz on dörd) manat, evakuator xidməti üçün ödədiyi 40 (qırx) manat, ümumilikdə 1.454 (bir min dörd yüz əlli dörd) manat məbləğində pulun və 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ** EY *** dövlət qeydiyyat nömrəli, «CHANGAN UNİ-V» minik markalı avtomobil onun xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə cavabdeh istifadəsində olan ** AT *** dövlət qeydiyyat nömrəli, «TOYOTA PRİUS (HİBRİD)» minik markalı avtomobil ilə Abşeron rayonu ərazisində, Masazır dairəsində hərəkətdə olarkən svetoforun və ya nizamlayacının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuş, bu hərəkəti nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və mənim avtomobilim ilə toqquşmuşdur. Сavabdeh barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hadisə nəticəsində avtomobilimə 6.414 (altı min dörd yüz on dörd) manat məbləğində maddi ziyan dəymişdir. Bu barədə təmir aktının əsli iddia ərizəsinə əlavə edilir. Həmçinin 40 manat evakuator xidmətinə ödəmişdir. Onun qəbzi də iddia ərizəsinə əlavə edilir. Sığorta tərəfindən də avtomobilinə dəymiş ziyan 6.414 (altı min dörd yüz on dörd) manat məbləğində müəyyən edilmiş, lakin sığorta tərəfindən ona 5.000 (beş min) manat məbləğində pul ödənilmişdir. Avtomobilə dəyən ziyanın qalan hissəsinin yəni, 1.414 (bir min dörd yüz on dörd) manat məbləğində pulun həmçinin evakuator xidməti üçün ödədiyi 40(qırx) manat məbləğində pulu cavabdeh tərəfindən ona ödənilməsi üçün ona müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, avtomobilə dəymiş ziyanın ödənilməmiş 1.414 (bir min dörd yüz on dörd) manat, evakuator xidməti üçün ödədiyi 40 (qırx) manat, ümumilikdə 1.454 (bir min dörd yüz əlli dörd) manat məbləğində pulun həmçinin 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməlidir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** EY *** dövlət qeydiyyat nömrəli, «CHANGAN UNİ-V» minik markalı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli Təmir aktından görünür ki, ** EY *** dövlət qeydiyyat nömrəli, «CHANGAN UNİ-V» minik markalı avtomobilin təmir bərpa xərci 6.414,3 manat təşkil edir. İnzibati yənbeh vermə haqqında TP seriyalı, ??? №-li, xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə istifadəsində olan ** AT *** dövlət qeydiyyat nömrəli, «TOYOTA PRİUS (HİBRİD)» minik markalı avtomobil ilə Abşeron rayonu ərazisində, Masazır dairəsində hərəkətdə olarkən svetoforun və ya nizamlayacının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək ** EY *** dövlət qeydiyyat nömrəli, «CHANGAN UNİ-V» minik markalı avtomobillə toqquşduğuna görə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 manatt mələğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 14.12.204-cü il tarixli mədaxil qəbzindən görünür ki, ** EY *** dövlət qeydiyyat nömrəli, «CHANGAN UNİ-V» minik markalı avtomobilin evakuasiya edilməsinə görə 40 manat məbləğində ödəniş edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-ci maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsindən qeyd olunur ki, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə cavabdeh istifadəsində olan 77AT273 dövlət qeydiyyat nömrəli, “TOYOTA PRİUS (HİBRİD)” minik markalı avtomobil ilə Abşeron rayonu ərazisində, Masazır dairəsində hərəkətdə olarkən svetoforun və ya nizamlayacının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək Azərbaycan Respublikasının İXM-nin327.2-ci maddəsinin tələblərini pozmuş, bu hərəkəti nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və bunun nəticəsində İddiaçı mülkiyyətində olan ** EY *** dövlət qeydiyyat nömrəli, «CHANGAN UNİ-V» minik markalı avtomobilə 6.414 manat maddi ziyan vurulmuşdur. Həmin maddi ziyanın 5000 manat hissəsi sığorta tərəfindən ödənilmiş, 1.414 manat hissəsi isə ödənilməmiş qalmışdır. Eyni zamanda avtomobilin evakuasiya edilməsi üçün iddiaçı tərəfindən evakuator xidmətinə görə 40 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda yuxarıda qeyd edilən hüquq normalarının tələbi baxımından məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya vurulmuş ziyana görə cavabdeh məsuliyyət daşıyır və vurulmuş maddi ziyan cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsi üzrə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın verilməsinə görə 35 manat dövlət rüsumu ödənildiyindən və iddia təmin edildiyindən, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi ziyana görə 1.414 manat, evakuator xidməti üçün ödənilmiş 40 (qırx) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 35 manat məbləğin pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməldir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 1.414 manat, evakuator xidməti üçün ödənilmiş 40 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 35 manat məbləğin pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar