Məhkəmə qərarları › İş №2(038)-329/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-329/2025

30.04.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-329/2025 30.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, Kreditor Borclu Nəriman oğluna qarşı «aliment» tələbinə dair əmr icraatı qaydasında verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor ərizə ilə müraciət edərək, cavabdeh Borclu Nəriman oğlu ilə faktiki nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün hər ay cavabdeh Borclu Nəriman oğlunun əmək haqı və digər gəlirlərinin ¼ hissəsində aliementin tutularaq ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsində göstərilmişdir ki, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qeyd olunan hüquq normalarının tələbi baxmından qarşılıqlı şəkildə araşdırdıqda müəyyən edilir ki, hazırki iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədardır. Ailə hüquq münabətləri üzrə mübahisələrin həlli zamanı tərəflər məhkəməyə müraciət etməzdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasından keçməlidir. Mübahisənin mediator tərəfindən həll edilməsi mümkün olmadıqdan bu barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməklə tərəflərin məhkəməyə müraciət etmək hüququ saxlanılır, yəni mübahisə tərəfləri bu qəbildən olan işlər üzrə əvvəlcə mediatora müraciət etməli, mediator tərəfindən mübahisə həll edilmədikdə yalnız bundan sonra mediasiya prosesində iştirak etməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidirlər. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, iddiaçının Yardımlı Rayon Məhkəməsinə müraciət etdiyi vaxt iddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi əlavə etməli olmasına dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsi qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 152.1.6-1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, Kreditor Borclu Nəriman oğluna qarşı «aliment» tələbinə dair əmr icraatı qaydasında verdiyi ərizəsinə mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilmədiyindən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Kreditor qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 278, 152.1, 152.1.6-1, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Borclu Nəriman oğluna qarşı «aliment» tələbinə dair əmr icraatı qaydasında verdiyi ərizəsi geri, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçinin ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar