Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-330/2025 22.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi İddiaçı nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.500 manat məbləğində əsas borc, 200.00 manat məbləğində ödənilmiş hüquqi xidmətə görə və 197.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi - 35.897 (otuz beş min səkkiz yüz doxsan yeddi) manatın alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, «Bank VTB (Azərbaycan)» ASC ilə İddiaçı arasında bağlanmış 12755l-CNS-6091 saylı, xx.xx.2014-cü il tarixli «Girovlu istehlak Krediti Müqaviləsi»nə əsasən İddiaçı istehlak məqsədi ilə illik 25% hesablanmaq şərti ilə 60 ay müddətinə 21.000 (iyirmi bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 12755 l-NFDVİJ-2862 saylı «Daşınmaz əmlakın ipoteka müqaviləsi» əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin məbləği Bankdan alan kimi qonşusu X2 və X3 yanında cavabdehlər X6 və Cavabdeh borc vermişdir. Cavabdehlər həmin vaxt iddiaçı ilə qonşuluqda - Saray qəsəbəsi, İ.Əmiraslanov küçəsi, ev-20 ünvanında yaşamışdır. Cavabdehin özü və həyat yoldaşı X7 ilə belə razılaşmışlar ki, iddiaçı Bankdan kredit götürür, lakin Banka olan borcu və faizləri cavabdehlər ödəyəcəklər. Kredit Müqaviləsini bağlayandan sonra cavabdeh həqiqətən Banka olan borcun və faizlərin bir hissəsini ödəmiş, lakin sonradan ödəniş etmədiyinə görə borc və faiz məbləği çoxalmış və bank İddiaçı qarşı məhkəmədə iddia qaldırmışdır. Bundan sonra iddiaçı və həyat yoldaşı dəfələrlə cavabdehə və onun həyat yoldaşına təklif etdik ki, bankın borcunu ödəsinlər, lakin onlar ödəmədilər və hazırda iddiçının evi məhkəmə qətnaməsi ilə hərraca çıxarılmışdır. Banka olan ümumi borc məbləği 35.500 manat təşkil edir. Ona görə də iddiaçı cavabdeh X6 qarşı pul tələbi barədə iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 bu işdə cavabdeh deyil, həyat yoldaşı Cavabdehdır. Bu səbəbdən Sumqayıt şəhər məhkəməsinin 2(060)-3748/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Ona görə də hazırki iddia tələbi ilə Cavabdeh qızna qarşı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddiasını müdafiə edərək məhkəmə iclas zalında çıxışında bildirmişdir ki, Sumqayıt məhkəməsində Nailə pulu aldığını etiraf etmişdir. Nailə pulun bankdan götürdüyün bilməyini desə də, sonradan banka pulu o ödəmişdir. Elman 15000 manat pulu Nailənin bacısı oğlu Sadiqə, Sadiq isə pulu Nailəyə vermişdir. Aralarında mübahisə olduğundan o, banka ödənişlər etmişdir. Cavabdeh tərəfindən onun əvəzinə banka 40.000 manata yaxın pul ödəmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, o, iddiaçıdan hər hansı məbləğdə pul almamışdır. Pulu bacısı oğlu X1 almışdır. Aldığın pulun məbləği də 15.000 manat olmuşdur. Sumqayıt Şəhər Məhkəməsində hazırki iddiaçı tərəfindən ərinə qarşı qaldırılmış iddiaya baxılarkən o, əri X5 nümayəndəsi olmuş və məhkəmədə verdiyi izahatında pul ərinə deyil, ona verilmiş, iddiaçı tərəfindən deyil, öz bacısı oğlu tərəfindən verilmişdir. O məhkəmədə iddiaçı tərəfindən pul almağını heç zaman bildirməmişdir. O pulun bankdan götürlməsindən məlumatlı olmamışdır. Sonradan bilmişdir ki, bacısı oğlu tərəfindən ona borc kimi verilən 15000 manat məbləğində pul məhz iddiaçıya aiddir və həmin pul bankdan kredit götürülərək ona verilmişdir. O da iddiaçı ilə qonşu olduğundan 15.000 manat borc pul alsa da dolların devalvasiyasına görə məcbur olub 40.000 manata yaxın pul ödəmişdir. İddianın rədd olunmasını xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 62 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə milli elektron ödəmə sistemi vasitəsilə İddiaçı adına olan plastik bank kartına 383 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3748/2024 №-li qətnamədən görünür ki, İddiaçı cavabdeh X6 qarşı 35500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müracaiət etmiş, iddia tələbinə məhkəmədə baxılaraq, iddia rədd edilmişdir. Qeyd olunan qətnamədə cavabdeh X5 nümayəndəsi (hazırki iş üzrə cavabdeh) Cavabdeh Səmədala qızının verdiyi izahatından görünür ki, İddiaçı onun qonşusudur. Borc olaraq 15000 manat pul vermişdilər. Pulu dayısı oğluna vermiş, o da pulu ona çatdırmışdır. X7 hərbidə işləyir və onun borcdan xəbəri olmamışdır. Bundan əlavə qeyd edir ki, iddiaçının o pulu bankdan götürdüyünü bilməmişdir. Sonradan məcburiyyət qarşısında qalıb tərəfindən banka ödənişlər edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı borc münasibətdən irəli gələn əsaslardan çıxış edir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mübahisə tərəflər arasında mövcud olan borc münasibətlərindən irəli gəldiyindən məhkəmə hesab edir ki, mübahisəyə tərəflər arasında borc hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətləri yarandığı zaman, yəni xx.xx.2023cü ildək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Məhkəmə bu baxmından qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın təmin edilməsi və tərəflər arasında Mülki Məcəllənin 739.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu tam şəkildə təsdiq etmir. Belə ki, iddiaçı iddia tələbinin əsasını təsdiq edən sübut kimi cavabdehin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3748/2024 №-li mülki iş üzrə məhkəmə baxışı iclasında verdiyi izahatlarına istinad etmşdir. Halbuki, həmin mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində hazırki iş üzrə cavabdehin verdiyi izahatından da görünür ki, cavabdeh iddiaçıdan hər hansı borc məbləği almadığını, 35500 manat məbləğində deyil, 15.000 maant məbləğində pul vəsaiti borc götürdüyü, həmin pulu da iddiaçıdan deyil başqa şəxsdən borc götürdüyünü bildirmişdir. Göründüyü kimi cavabdeh həmin izahatı iddianın etiraf olunmasına yönəlmiş izahat kimi qəbul edilə bilməz. Digər tərəfdən əgər qeyd olunan izahatı tərəflər arasında borc hüquq münasibətlərinin mövcudluğunu təsdiq etsə belə, həmin izahatında hazırki iş üzrə cavabdeh 35.500 manat deyil, 15000 manat məbnləğində borc götürdüyünü bildirmiş, hazırki iş üzrə həm iddiaçınnı nümayəndəsinin, həm də cavabdehin izahatlarında, hebelə təqdim edilmiş ödəniş qəbzlərlə Cavabdeh 40000 manatadək pul ödədiyini təsdiq etmişlər. Belə olan halda cavabdeh əldə etdiyi borc məbləğini geri qaytarmışdır. İddiaçı isə tələbinin əsasını təsdiq edən hər hansı əlavə sübut məhkəməyə təqdim etməmişdir ki, yuxarıda qeyd edilən MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. MPM-nin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə müəyyən edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə hüquqi nəticəyə gəlir ki, iddia rədd edilməli və buna görə də iddianın verilməsi üçün hüquqi xidmətə görə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 197 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, MPM-nin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «35.500 manat məbləğində əsas borc, 200.00 manat məbləğində ödənilmiş hüquqi xidmətə görə və 197.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi - 35.897 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi» barədə iddiası rədd edilsin İiddianın verilməsi üçün hüquqi xidmətə görə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 197 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2(038)-330/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-330/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver