Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-331/2025 27.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X2 Mərkəzinin Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X2 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 170 manat 57 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X2 Mərkəzinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iş materiallarında toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, araşdırılma zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X2 Mərkəzi eyni cavabdehə qarşı iddia tələbi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi 2(038)-298/2025 nömrə ilə qeydə alınmış, ərizə məhkəmənin icraatında olmaqla, iş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə qarşı eyni tələblə müraciət etmişdir ki, bu da qanunvericiliyin tələbinə əsasən yolverilməzdir, buna görə də ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.4, 260.1, 260.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 Saylı X2 Mərkəzinin Cavabdeh qarşı «meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 170 manat 57 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə rəsmi qaydada verildikdən sonra qərardaddan 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(038)-331/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-331/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver