Məhkəmə qərarları › İş №2(038)-332/2023

Yardımlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(038)-332/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-332/2023 07.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsi üzrə tələbini onunla əsaslandırmışdır ki, oğlu Sami Əsədov ali təhsillidir. O işə düzəlmək istəmiş və tanışı Cavabdeh ilə bu barədə söhbət edərkən Ramazan tanışı olduğunu və Samini işə düzəltməkdə köməklik göstərə biləcəyini demişdir. Bu barədə oğlu Sami ona demiş və bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt pulu olmadığı üçün tanıdığı adamlardan 4000 manat pul tapıb 2019-cu ilin oktyabr ayında Cavabdeh vermişdir. Razılaşmaya əsasən iş baş tutmasa Ramazan pulu özü geri qaytaracağını ona bildirmiş və bu barədə ona öz imzası ilə qəbz vermişdir. Həmin qəbzdə Ramazan aldığı pulun 2000 manatını 2019-cu ilin sonuna kimi, qalan hissəsini isə yanvar ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. İş alınmamış və Ramazanın onu aldatdığını anlayıb onun yaşadığı kəndə və işlədiyi məktəbə gedib pul geri istəsə də, Ramazan pulu verməmişdir. Sonradan isə Ramazan poçt vasitəsi ilə pulu hissə-hissə qaytarmağa başlamışdır. Bankomata gedə bilmədiyi üçün Ramazan öz kartını ona vermiş və o, həmin kartdan 276 manat çıxartmışdır. Lakin son 8 ayda pulu qaytarmamış və hər dəfə ona yalan vədlər vermişdir. Cavabdeh aldığı puldan ümumilikdə 2000 manatı ona qaytarsa da, hazırda 2000 manat borcu qalmışdır. Bildirir ki, həmin pulu o, tanıdığı insanlardan borc almışdır və borcunu qaytarmağa əziyyət çəkmişdir. Cavabdeh yalan vədindən sonra o bu problemlə qarşılaşmışdır. Dəfələrlə Ramazandan pulun qalan hissəsini qaytarmağını xahiş etsə də, o, pulu qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 2000 manat borcun və 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq ərizə təqdim edərək, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını məqsəduyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, Seperadi kənd sakini İddiaçı 40000 manat pul almışdır. Borcundan oktyabrın axırı 2000 manatı, qalan pulu isə yanvar ayına qədər ödəyəcəkdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə qiyabi icraat qaydasında tədqiq olunmuş sübutlarla kifayətlənərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan onun oğlunu işə düzəltmək adı ilə 4000 manat pul almışdır. Cavabdeh vədinə əməl etməməklə yanaşı, iddiaçıdan aldığı pulun yalnız 2000 manatını geri qaytarmış, qalan 2000 manat pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh həmin pulun qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 21.2. və 21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində tələbinin qanuni əsasını borc münasibətləri göstərsə də, işin hallarına əsasən tərəflər arasında yaranmış mübahisəyə mülki hüquq pozuntusunu tənzimləyən maddi hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh hüquqazidd hərəkət etmiş, həmin hərəkətlə nəticə, yəni iddiaçıya dəymiş ziyan arasında səbəbli əlaqə vardır. Belə olan halda o, iddiaçıya vurmuş olduğu 2000 manat maddi ziyanı tam ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1.-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qiyabi icraat qaydasında müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla kifayətlənərək belə hüquqi nəticəyə gəlir ki, 2000 manat maddi ziyan və 40 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 244, 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat və dövlət rüsumuna görə ödənilmiş 40 manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə və ya bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayət verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar