Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-340/2023 27.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.07,2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2435.5 manat əsas manat əsas borc, 730.6 manat cərimə, cəmi 3166.1 manat borcun, 22.03,2022-ci il tarixli ********** saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 636.5 manat əsas manat əsas borc, 190.9 manat cərimə, cəmi 827.4 manat borcun ümumilikdə iki müqavilə üzrə 3072 manat əsas borc, 921.5 cərimə borcu , 3993.5 cəmi borcun və 59.93 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.07,2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, cavabdeh aldığı İPHONE markalı mobil telefon, SMART saat və aksesuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 169 manat olmaqla cəmi 3027.36 manat ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixə 2435.5 manat və 22.03,2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Samsung markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 1049.99 manat ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2022-cü il tarixə 636.50 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin l(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin 30.07,2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 7306 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 730.60 manat və 22.03,2022-ci il tarixli ********** saylı Müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1909 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 190.90 manat və "xxxx" MMC -yə ödənilməlidir. Odur ki, 30.07,2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 11.05,2023-ci il tarixinə yaranmış 2435.50 manat əsas manat əsas borc, 730.60 manat cərimə, cəmi 3166.10 manat və 22.03,2022-ci il tarixli ********** saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 11.05,2023-ci il tarixinə yaranmış 636.50 manat əsas manat əsas borc, 190.90 manat cərimə, cəmi 827.40 manat borc ümumulikdə isə iki müqavilə üzrə 3072 manat əsas borc, 921.50 cərimə cəmi 3993.50 manat borcun 59.93 manat ödənilmiş dövlət rüsumu təşkil edir təşkil etmişdir. Cavabdehə borcun ödənilməsi barədə rəsmi olaraq bildiriş göndərilməsinə baxmayaraq bu vaxta kimi öhdəliklərini icra etməmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan 30.07,2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür İPHONE markalı mobil telefon, SMART saat və aksesuarlar verilmişdir. İşdə olan 22.03,2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür SAMSUNG markalı televizor verilmişdir. İşdə olan bildirişdən görünür ki, Cavabdeh 30.07,2022-ci il tarixli ********* saylı və 22.03,2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan məktubun surətindən görünür ki, "xxxx" MMC cavabdeh X2 borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 30.07,2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İPHONE markalı mobil telefon, SMART saat və aksesuarlar almış və nəticədə 3166.10 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 2435.50 manat əsas, 730.60 manat cərimə, cəmi 3166.10 manat və 22.03,2022-ci il tarixli ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Samsung markalı televizora almış və nəticədə 827.40 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 636.50 manat əsas, 190.90 manat cərimə, cəmi 827.40 borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 30.07,2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 2435.50 manat əsas, 730.60 manat cərimə, cəmi 3166.10 manat və 22.03,2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 636.50 manat əsas, 190.90 manat cərimə, cəmi 827.40 manat borc və 59.93 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC -nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X6
Məhkəmə qərarları › İş №2(038)-340/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-340/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver