Məhkəmə qərarları › İş №2(038)-349/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-349/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-349/2023 03.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi oğlunun katibliyi ilə. İddaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq Cavabdeh 976.33 manat əsas borc, 109.23 manat faiz borcu, 0.62 manat cərimə borcu olmaqla, ümumlikdə 1086.18 manat kredit borcunun və dövlət rüsumuna ödənilmiş 31.27 manat pulun tutularaq "xxxx" Kommersiya Bankının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Unibank” KB ASC -nin xx.xx.2021 -ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 29.5% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2022-ci il tarixində 3DTMMZF saylı ərizə(aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021 -ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 20.9-cu bəndinə əsasən Müştəri" kreditin və / və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə "Bank" borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dobbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə boreverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin 10 mart 2023-cü il tarixə 976.33 manat əsas borc, 109.23 manat faiz borcu, 0.62 manat cərimə borcu olmaqla, ümumlikdə 1086.18 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, cavabdehdən yaranmış borc məbləği tələb olunur. İddiaçı "xxxx" KB ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron Məhkəmə Sistemi” vastəsil ilə məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin iştrakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 28 sentyabr 2022-ci il tarixli, 12728nkSTB2b/22 saylı müqaviləsindən görünür ki, "xxxx" KB ASC xx.xx.2021 -ci il tarixli, 01U/21 saylı bank xidmətlərinə dair ümumi oferta müqaviləsi əsasında cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 29.5% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. İşdə olan bildirişlərin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xəbərdalıq etməklə və bildiriş gödərməklə banka olan kredit borcunu vaxtında qaytarmadıqları halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödəməsini bildirmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC məhkəmədə iddia qaldırılması üçün 31.27 manat dövlət rüsumu ödəmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-nə 31 may 2023-cü il tarixədək 976.33 manat əsas borc, 109.23 manat faiz borcu, 0.62 manat cərimə borcu olmaqla, ümumlikdə 1086.18 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki halları ilə və iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, 12728nkSTB2b/22 saylı etibarlı kredit müqaviləsinə əsasən iddiaçı Unibank” KB ASC xx.xx.2021 -ci il tarixli, 01U/21 saylı bank xidmətlərinə dair ümumi oferta müqaviləsi əsasında cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 29.5% ödəmək şərtilə 1000 manat məbləğində kredit vermişdir. Əsas borclu Cavabdeh öhdəliyini layiqincə yerinə yetirməmiş və nəticədə kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı məhkəmə mübahisəsinin hüquqi əsası olaraq tətbiq etməklə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Ona görə də yaranmış borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə ödənilməli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, 976.33 manat əsas borc, 109.23 manat faiz borcu, 0.62 manat cərimə borcu olmaqla, ümumlikdə 1086.18 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 31.27 manat banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 976.33 manat əsas borc, 109.23 manat faiz borcu, 0.62 manat cərimə borcu olmaqla, ümumlikdə 1086.18 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 31.27 manat pul tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar