Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-366/2025 12.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcunun qaytarlıması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, Cəmi 19.751,50 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 50 sent) ABŞ dolları - bundan 8.336,94 (səkkiz min üç yüz otuz altı ABŞ dolları 94 sent) ABŞ dolları əsas, 4.026.92 (dörd min iyirmi altı ABŞ dolları 92 sent) ABŞ dolları faiz, 6.175.44 (altı min bir yüz yetmiş beş ABŞ dolları 44 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.212.20 (bir min iki yüz on iki ABŞ dolları 20 sent) ABŞ dolları faiz borcu borcu və iş üzrə ödənilmiş 190.73 (bir yüz doxsan Manat 73 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın girov predmeti olan - 3 ədəd 14,60 qram çəkidə üzük, 1 cüt 4,60 qram çəkidə sırğa və 1 ədəd 11 qram çəkidə qolbağ olan qızıl-ziynət əşyalarına yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, ləğv prosesində olan “Dəmirbank" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-nin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 150.1.2-ci maddəsində göstərilmişdir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsindən görünür ki, ərizənin sənədlərin siyahısı bölməsində iddianın verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd qeyd edilsə də, lakin fakiki olaraq həmin sənəd ərizəyə əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi və əlavə edilmiş sənədlər müəyyən edilmiş qaydada və məbləğdə geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcunun qaytarlıması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" ASC- yə geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(038)-366/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-366/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver