Məhkəmə qərarları › İş №2(038)-369/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-369/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-369/2024 02.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ H İ S S Ə: X3 sədrliyi, K1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ H İ S S Ə: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcun və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 33 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdehlər X1, Cavabdeh2 ilə yaxşı münasibətləri olmuşdur. Bu səbəbdən də cavabdehlərlə aralarında olan razılaşmaya əsasən o, adına Kapital Bankdan 5350 manat kredit götürmüş, həmin vaxt köhnə banka olan borcunu ödəmiş və yerdə 4.000 manat 35 ay müddətinə kredit götürmüş və həmin pulun 2800 manatını cavabdehlərə vermişdir. Kreditin 2800 manatını və 27 faizini onlar ödəməli qalan 1200 manatı və fazini isə özü ödəməli idi. Hazırda cavabdehlərin ona 2800 manat və həmin pulun 27 faizi qədər borcu vardır. Beləliklə ümumi olaraq cavabdehlərin ona 4000 manat borcu qalmışdır. Cavabdehlərlə aralarında pulun onlara aid hissəsini ödəmələrini öz öhdələrinə götürmələri barədə razılaşmışlar və bu barədə sənədləşma aparılmışlar. Cavabdehlərdən kredit və faizini alaraq "xxxx" ASC-nin Beyləqan filialına olan borcunu dərhal ödəyərək bağlayacaqdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcunun və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 33 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 29 iyul 2022-ci il tarixli qəbzdən və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 2022-ci ilin mart ayında İddiaçı "xxxx" ASC-dən 35 ay illik 27%-lə götürdüyü 2840 manatı faizi ilə birgə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmiş, aktı və qəbzi imzası ilə təsdiq etmişdir. "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, İddiaçı GTKR4897143A140 saylı kredit müqaviləsi üzrə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə ayda 22,49 manat, son ay 225.47 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Ödəniş qəbzlərindən görünür ki, ayrı-ayrı vaxtlarda 114 manat, 113 manat, 113 manat, 112 manat, ümumilikdə 452 manat İddiaçı ödəniş edilmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında Şahid bildirmişdir ki, o İddiaçı iş yoldaşıdır, Cavabdeh1 isə xalasıdır. Hansı vaxt olması yanında dəqiq olmasa da, təxminən 2 il bundan əvvəl Güllər Etibara 2800 manat məbləğində borc verdiyini ona bildirmişdir. Lakin Güllər pulu Etibara onun yanında verməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbzi iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğu həmin qəbzlə öz təsdiqini tapmışdır. Bundan əlavə iş materiallarında olan cavabdeh tərəfin apellyasiya şikayətinin məzmunu ilə də tərəflər arasında borc münasibətlərinin yaranması sübuta yetirilmişdir və bu işin mübahisəsiz halıdır. Məhkəmə tutulacaq borc məbləğinə münasibətdə qeyd edir ki, iş materiallarında olan qəbzlərlə İddiaçı Cavabdeh1 tərəfindən ümumilikdə 452 manat məbləğində ödəniş edilməsi müəyyən edilsə də, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti bitmədiyindən və iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən on aydan çox müddət keçdiyindən müqavilə üzrə illik 27 % əlavə faiz borcunun hesablanması nəzərə alınaraq edilmiş ödənişlər qətnamə qəbul edilən günədək hesablanmış faiz borcuna çıxılmalı, iddia tələbi 2800 manat əsas borc, 1200 manat faiz borcu, ümumilikdə 4000 manat borc hissəsində tam təmin edilməlidir. Digər Cavabdeh2 münasibətdə iddia tələbi sübuta yetirilmədiyindən və öhdəlik-borc münasibətləri İddiaçı ilə Cavabdeh1 arasında yarandığından iddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2800 manat borc və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcu cəmi 4000 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə, yəni Cavabdeh2 münasibətdə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2800 manat əsas və 1200 manat faiz borcu olmaqla, cəmi 4000 manat pul vəsaiti və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə, yəni, Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar