Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-396/2023 21.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi, Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 338256-CNS-36880 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 5.491,73 manat məbləğində əsas borc, 592.65 manat məbləğində faiz borcu, 511.60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.595,98 (altı min beş yüz doxsan beş manat doxsan səkkiz qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 85,96 (səksən beş manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsini baxılmamış saxlanılması barədə qərardad qəbul ediməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasına münasibətini bildirməmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin qaytarılmasını tələb edir, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən İddiaçı Açıq Səhmdat Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(038)-396/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-396/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver