Məhkəmə qərarları › İş №2(038)-418/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-418/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-418/2023 23.11.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K1 oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı 2207 manat pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 2207 manat pul və 44 mana dövlət rüsumu tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən köşkü icarəyə götürərək tütün məhsullarının satışı ilə məşğul olur. 19 yanvar 2023-cü il tarixdə səhər saat 07 radələrində işlətdiyi köşkə getmiş, köşkə yaxınlaşan zaman köşkün vitrin şüşəsinin qırıldığını görmüşdür. Köşkdən oğurluq olduğundan şübhələnib dərhal qapını açıb içəri keçmiş və köşkün vitrinində olan siqaretlərin, şokaladların, saqqızların səliqəliliyinin pozulduğunu aşkar etmişdir. Bu barədə dərhal ərazi üzrə 25-ci polis şöbəsinə məlumat vermişdir.Ppolis əməkdaşları az sora hadisə yerinə gəlmişlər. Köşkə özü baxış keçirən zaman görmüşdür ki, hər biri 3,60 manata olan 40 ədəd qutu ballı “Winston” markalı, hər biri 3,60 manata olan 40 ədəd qutu boz rəngli “Winston” markalı, hər biri 3,60 manata olan 40 ədəd qutu göy rəngli “Winston” markalı, hər biri 3,60 manata olan 40 ədəd nazik qulu “Winston” markalı, hər biri 4,1 manata olan 20 ədəd qutu göy rəngli “Sobraniya” markalı, hər biri 4,1 manata olan 20 ədəd qulu ballı “Sobraniya” markalı, hər biri 4,1 manata olan 20 ədəd qutu nazik “Sobraniya” markalı, hər biri 4,1 manata olan 20 ədəd qulu qalın “Sobraniya” markalı, hər biri 2,70 manata olan 10 ədəd qutu boz rəngli “Winchester” markalı, hər biri 2,70 manata olan 10 ədəd qutu nazik “Winchester” markalı, hər biri 2,70 manata olan 10 ədəd qutu qalın rəngli “Winchester” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu nazik “Kent 4” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu nazik “Kent 1” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu mentollu “Kent” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu qalın “Kent” markalı, hər biri 3,80 manata olan 20 “Davidoff” markalı, hər biri 2,80 manata olan 20 ədəd qutu boz rəngli “Rothmans” markalı, hər biri 2,80 manata olan 20 ədəd göy rəngli “Rothmans” markalı, hər biri 2,80 manata olan 20 ədəd qutu meyvəli “Rothmans” markalı, hər biri 2,50 manata olan 40 ədəd qutu “Want X-Line” markalı siqaretləri, hər biri 20 manata olan 12 ədəd elektron qəlyanı, hər biri 3,80 manata olan 30 ədəd “Alfakir” firmasına məxsus qəlyan tütünləri və kassadan cəmi 100 manat dəyərində dəmir pul nişanları oğurlanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-312/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərd tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM- nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 02 (iki) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının 28 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Cavabdeh nə istintaqda nə də məhkəmədə ona dəymiş ziyanı ödəməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan işə əlavə etdiyi sübutlar əsasında mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cəzaçəkmə müəssisəsində saxlandığından məhkəmə iclasında şəxsən iştirak etməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı 2023-cü ildə 2207 manat miqdarında maddi ziyan vurmuşdur. Törətdiyi cinayət əməlinə görə 3 il cəza almışdır və hazırda cəzasını çəkir, bu səbəbdən ödəniş edə bilmir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-312/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM- nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli hökmü üzrə çəkilməmiş 02 (iki) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 44 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, cavabdeh iddiaçıya məxsus köşkdən ümumi dəyəri 2207 manat məbləğində olan tütün məhsulları oğurlamış və törətdiyi cinayət əməlinə görə ona Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-312/2023 saylı hökmü ilə qəti olaraq üç il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki qeyd edilən hökmdən cavabdeh tərəfindən oğurluq cinayət əməlinin törədilməsi və hazırkı iş üzrə İddiaçı zərərçəkmiş şəxs olması müəyyən edilir. Bu halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı maddi zərər vurulması halı öz təsdiqini tapır. Belə olan halda iddiaçı maddi ziyan tələbində tam haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2207 manat dəymiş zərər və dövlət rüsumuna görə ödənilmiş 44 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar