Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-446/2025 04.08.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 oğlunun sədrliyi, məhkəmə iclasının katibi XX oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2002 (iki min iki) manat maddi zərərin əvəzi və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 40(qırx) manat dövlət rüsumunun, cəmi 2042 (iki min qırx iki) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən kredit götürmək istədiyini, buna görə də ona zamin qalmağını xahiş etmişdir. O cavabdehlə həmkəndli olduğuna görə zamin qalmağa razılıq vermişdir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən kredit götürmüş və o da Rəşada zamin qalaraq sənədlərə imza atmışdır. Ondan əlavə həmkəndlisi X3 onunla birlikdə Rəşadın kredit borcuna görə zamin qalmışlar. Cavabdeh kredit borcunu ödəmədiyindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Yardımlı Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə onlardan 4473,49 (dörd min dörd yüz yetmiş üç manat qırx doqquz qəpik) məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Qətnamə icraya yönəlmiş və qətnamənin icrası məqsədi ilə kredit borcu onların aldığı əmək haqqına yönəldilmişdir. Onun əmək haqqından məcburi şəkildə 2002 (iki min iki) manat pul tutulmuşdur. Onun əmək haqqından tutulmalar tam şəkildə tutulduğu üçün icra sənədi iş yerindən Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmış və Yardımlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İcra sənədi üzrə icraata xitam verilmişdir. Dəfələrlə cavabdehdən onun kredit borcuna görə ödədiyi pulu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə onu aldatmışdır. Artıq ona inanmayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş lakin, məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq bildirmişdir ki, 2014-cü ildə həmin kredit müqaviləsi bağlanarkən o xəstə olmuş, psixoloji xəstəliklərdən əziyyət çəkmiş və hərbi xidmətə yararsız sayılmışdır, ona görə hərbi xidmətə çağırılmamışdır. Həkim reseptlərinə əsasən psixoloji xəstəliyi ilə bağlı dərmanlar qəbul etmişdir. Odur ki, iş üzrə psixoloji ekspertiza təyin edilməsini xahiş etmişdir. Bundan başqa iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin verdiyi vəsatət əsassızdır. Psixoloji ekspertizanın təyin edilməsi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X5 – Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 132 nömrəli məktubdan görünür ki, Yardımlı rayon Peştəsər kənd ümumi orta məktəbin müəllimi İddiaçı əmək haqqından ümumilikdə 2002 manat pul məbləği tutularaq "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Yardımlı rayon İcra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh, Babayev Aydın Mirzəağa oğlu, İddiaçı və X2 "xxxx" QSC-yə olan 4503.49 manat müştərək qaydada borcu tam ödədiyinə görə, Yardımlı Rayon Məhkəməsinin 2(038)-449/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 41 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 475-ci maddəsidir. Həmin maddənin tələbinə görə; 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Hazırki işin hallarından da görünür ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə zamin - hazırki iş üzrə iddiaçı Nəzərov X4 Rəşad Aydın oğlunun kredit müqaviləsi üzrə "xxxx" QSC qarşısında olan öhdəliyinin bir hissəsini, yəni 2002 manat hissəsini icra etmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından Cavabdeh əvəzinə ödədiyi məbləği tələb etməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə cavabdeh iddia tələbinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək, hesab edir ki, ərizədə qeyd edilənlər tərəflər arasında baş vermiş mübahisəyə iddia müddətinin tətbiqi və iddianın rədd edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, 4503,49 manat məbləğində pul vəsaitinin borclular Cavabdeh, Babayev Aydın Mizağa oğlu, İddiaçı və X1 müştərək qaydada tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair Yardımlı Rayon Məhkəməsinin 2(038)-449/2016 №-li, xx.xx.2016-cı il tarixli icra sənədinə tam şəkildə icra olduğu üçün xx.xx.2025-ci il tarixli qərarla xitam verilmişdir. Belə olan halda İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinin icrasından irəli gələn öhəliyinin icrasından yaranan vurulmuş zərərin ödənilməsi tələbi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır ki, hazırki halda da iddia ərizəsi xx.xx.2025-ci il tarixdə verildiyindən həmin müddət keçməmiş olur. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2002 manat maddi zərərin əvəzi və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2002 manat maddi zərərin əvəzi və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: X7
Məhkəmə qərarları › İş №2(038)-446/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-446/2025
04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver