Məhkəmə qərarları › İş №2(038)-447/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-447/2025

04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-447/2025 04.08.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2002 (iki min iki) manat maddi zərərin əvəzi və məhkəmədə iddia qaldırmaq üçün ödədiyim 40 (qırx) manatın dövlət rüsumunun, cəmi 2042 (iki min qırx iki) manatın alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən kredit götürmək istədiyini, buna görə də ona zamin qalmağını xahiş etmişdir. O, cavabdehlə həmkəndli olduğuna görə zamin qalmağa razılıq vermiş. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən kredit götürdü və İddiaçı Rəşada zamin qalaraq sənədlərə imza etmişdir. İddiaçıda əlavə həmkəndlisi X1 onunka birlikdə Rəşadın kredit borcuna görə zamin qalmışlar. Cavabdeh kredit borcunu ödəmədiyindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Yardımlı Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə onlardan cəmi 4473.49 (dörd min dörd yüz yelmiş üç manat qırx doqquz qəpik) məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qərara alınmılşdır. Qətnamə icraya yönəlmiş və qətnamənin icrası məqsədi ilə kredit borcu onların aldığı əmək haqqına yönəldilmişdir. Onun əmək haqqından məcburi şəkildə 2002 (iki min iki) manat pul tutulmuşdur. Onun əmək haqqından tutulmalar tanı şəkildə tutulduğu üçün icra sənədi iş yerindən Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmış və Yardımlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İcra sənədi üzrə icraata xitam verilmişdir. Dəfələrlə cavabdehdən onun kredit borcuna görə ödəsiyi pulu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə onu aldatmışdır. Artıq ona inanmır və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. Belə ki, birincisi, İddiaçı cavabdeh atası ilə bir məktəbdə müəllim işləmişdir. Atası Babayev Aydın Mirzəağa oğlu məktəbin direktoru olmuşdur. İddiaçı ona pul lazım olduğunu, ancaq, öz adına pul götürə bilmədiyini bildirmişdir. Atası, ona cavabdehin adına pulu sənədləşdirib götürməsini, ancaq pulun onun tərəfindən ödəniləcəyini bildimişdir. İddiaçı pulu onun özü tərəfindən vaxtında ödəyəcəyinə söz vermişdir. Məhkəməyə təqdim edilmiş arayışdan göründüyü kimi həmin pul məbləği iddiaçının 2020-ci ildə əmək haqqından tutulmuşdur. Atası Babayev Aydın Mirzəağa oğlu xx.xx.2014-cü ildə vəfat etmişdir. Bu da kreditin götürüldüyü tarixdən sonrakı vaxta təsadüf edir. Belə ki, həmin pul məbləği 29 mart 2014-cü ildə götürülmüşdür. 2020-ci ildə zaminin əmək haqqqından pulun tutulduğu vaxtdan 6 il keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Pul tələbləri üzrə iddia müddəti qanunda 3 (üç) il nəzərdə tutulmuşdur. cavabdehin adına götürülən krediti iddiaçı özü də bilir ki, onun özü almış, formal olaraq mənim adıma sənədləşdirmişdir. Hesab edir ki, eyni zamanda hazırkı vəziyyətdə iddiaçı ona qarşı pul tələbi ilə bağlı iddia müddətini də buraxmışdır. Ona görə də iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə də məhkəməyə müraciət edir və məhkəmədən iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin eyni zamanda bu əsasla da rədd edilməsini xahiş edir. Üçüncüsü, 2014-cü ildə həmin kredit müqaviləsi bağlanarkən mən xəstə olmuşam, psixoloji xəstəliklərdən əziyyət çəkmiş, hərbi xidmətə yararsız sayılmış, buna görə hərbi xidmətə çağırılmamışdır. Həkim peseptlərinə əsasən psixoloji xəstəliyilə bağlı dərmanlar qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, zamin olduğuna görə cavabdehin əvəzinə cavabdehin banka olan borcuna görə onun əmək haqqısından 2002 manat ödəmişdir. Cavabdeh 2002 manatdan ona 490 manat ödəmişdir. Buna görə də qalan hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilsə də, o məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X4 – Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 131 nömrəli məktubdan görünür ki, Yardımlı rayon Peştəsər kənd ümumi orta məktəbin müəllimi İddiaçı Mirzəkiş oğlunun əmək haqqından ümumilikdə 2002 manat pul məbləği tutularaq "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Yardımlı rayon İcra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh, Babayev Aydın Mirzəağa oğlu, X3 və İddiaçı "xxxx" QSC-yə olan 4503.49 manat müştərək qaydada borcu tam ödədiyinə görə, Yardımlı Rayon Məhkəməsinin 2(038)-449/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. Qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi 40 manat məbləğində pul vəsaiti ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 475-ci maddəsidir. Həmin maddənin tələbinə görə; 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Hazırki işin hallarından da görünür ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə zamin - hazırki iş üzrə iddiaçı Şirinov X2 Rəşad Aydın oğlunun kredit müqaviləsi üzrə "xxxx" QSC qarşısında olan öhdəliyinin bir hissəsini, yəni 2002 manat hissəsini icra etmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından Cavabdeh əvəzinə ödədiyi məbləği tələb etməyə haqlıdır. Lakin iddiaçı özü məhkəmə iclasında verdiyi izahatında həmn pul məbləğindən 490 manat hissəsi cavabdeh tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Belə olan halda həmin məbləğ nəzərə alınmalı, 2002 manat məbləğdən ödənilmiş 490 manat hissə çıxılaraq, iddia qalan hissədə həmin edilməlidir. Məhkəmə cavabdeh iddia tələbinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək, hesab edir ki, ərizədə qeyd edilənlər tərəflər arasında baş vermiş mübahisəyə iddia müddətinin tətbiqi və iddianın rədd edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, 4503,49 manat məbləğində pul vəsaitinin borclular Cavabdeh, Babayev Aydın Mizağa oğlu, X3 və İddiaçı müştərək qaydada tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair Yardımlı Rayon Məhkəməsinin 2(038)-449/2016 №-li, xx.xx.2016-cı il tarixli icra sənədinə tam şəkildə icra olduğu üçün xx.xx.2025-ci il tarixli qərarla xitam verilmişdir. Belə olan halda İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinin icrasından irəli gələn öhəliyinin icrasından yaranan vurulmuş zərərin ödənilməsi tələbi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır ki, hazırki halda da iddia ərizəsi xx.xx.2025-ci il tarixdə verildiyindən həmin müddət keçməmiş olur. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, 1512 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1512 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar