Məhkəmə qərarları › İş №2(038)-458/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-458/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-458/2025 25.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5, İddiaçın Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2350(iki min üç yüz əlli) manatın və 43 manat 50 qəpik dövlət rüsumu olmaqla, cəmi 2393 (iki min üç yüz doxsan üç) manat 50 qəpik məbləğində pulun alınaraq mənə, yəni İddiaçı verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-2023-cü illərdə Zəngilan rayonunda həqiqi hərbi xidmət keçmişdir. 12-13 sentyabr 2023-cü il tarixlərdə ordumuz tərəfindən keçirilmiş antiterror əməliyyatında iştirak etmişdir. Lakin hərbi biletində əməliyyatda iştirak etməyi barədə qeydlər aparılmamışdır. Bu barədə əvvəllər tanıdığı Cavabdeh danışdıqda, o, bildirdi ki, Müdafiə Nazirliyində onun yüksək rütbəli tanışları vardır və onlar köməklik göstərə bilərlər. Hətta antiterror əməliyyatlarında iştirak etdiyinə görə ona «Veteran»lıq da düzəldə bilərlər. Cavabdeh bu işlərin görülməsi üçün ondan 3500 (üç min beş yüz) manat pul tələb etdi və bildirdi ki, bir neçə günə onun məsələsini həll edəcək. İlkin olaraq, Cavabdeh göstərişinə əsasən, xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında yerləşən «Sənan» marketdən onun həyat yoldaşı X1 500 manat məbləğində pul köçürmüşdür. İkinci dəfə, yenə də Cavabdeh göstərişinə əsasən, xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında yerləşən «Sənan» marketdən onun qızı X2 2.500 manat məbləğində pul göndərmişdir. Təxminən 05-06 iyun 2024-cü il tarixdə «Dərnəgül»də yerləşən «Maqna» mebel anbarının yaxınlığında Cavabdeh 500 manat məbləğində pulu ondan əlbəəl almışdır. Sonradan başa düşmüşdür ki, Cavabdeh etibarından sui-istifadə edərək, onu aldadaraq, 3500 (üç min beş yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Cavabdeh mənə qarşı törətdiyi dələduzluq cinayəti ilə əlaqədar tərəfindən yazılı ərizə ilə polisə müraciət olunmuşdur. Ərizə üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən araşdırma aparılaraq, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. O da pulları geri qaytarılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onu da qeyd etmək istəyir ki, o polisə ərizə ilə müraciət etdiyi vaxtlarda Cavabdeh ondan aldığı pulu tam şəkildə ödəcəyini bildirsə də, sonradan sözünü tutmayaraq, mənə cəmi 1150 (bir min yüz əlli) manat qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 02 İyul 2025-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh göndərilməsinə sonuncu tərəfindən 11 iyul 2024-cü il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki; ünvan 1 ünvanında yaşayan İddiaçı Nərimanov RPİ-yə ərizə ünvanlayaraq 12-13 sentyabr 2023-cü il tarixdə keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsinə baxmayaraq hərbi biletində bu barədə qeydlər aparılmamasını və hərbi biletində onun antiterror əməliyyatlarında iştirak etməsi ilə bağlı qeydlərin aparılması üçün Cavabdeh 3500 manat pul verməsi, lakin həmin şəxs tərəfindən aldadılmasını bildirmişdir. Cavabdeh izahatından görünür ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün müxtəlif yerlərdə fəhlə kimi işləyir. İddiaçı ilə 2023-cü ilin dekabr ayında əvvəllər işlədiyi «Divi» şirkətində tanış olmuşdur. X3 2024-cü ilin iyun ayında baş tutacaq toy mərasimi ilə bağlı pula ehtiyacı yaranmışdır. İddiaçı ilə işdə aralarında olan söhbətlərin birində o, Qarabağ uğrunda gedən müharibədə iştirak etdiyini və veteranlıq vəsiqəsi almaq istədiyini söyləmişdir. Bu zaman o İddiaçı imkanı olduğunu, onun üçün veteranlıq vəsiqəsi düzəltdirə biləcəyini bildirmiş və bunun üçün 3500 manat pul lazım olacağını söyləmişdir. İddiaçı onunla razılaşmış və 18 aprel 2024-cü il tarixdə həyat yoldaşı X7 məxsus 4098 5844 6827 3840 nömrəli «Leobank» tərəfindən verilmiş bank kartının balansına 500 manat, 28 aprel 2024-cü il tarixdə 2500 manat məbləğində pul göndərmişdir. Sonuncu dəfə isə 05 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov prospekti 72/15 ünvanında yerləşən «Magna» mebel sexində görşüb 500 manat da almışdır. Beləliklə, İddiaçı ona verdiyi pulun ümumi məbləği 3500 manat olmuşdur. Ondan aldığı pul vəsaitini qızı xnın toy mərasiminin təşkili ilə bağlı işlərə xərcləmişdir. Nəzəində tutmuşdur ki, qızı xnın toy mərasimindən yığılan pul ilə İddiaçı aldığı pulu geri qaytaracaqdır və veteranlıq vəsiqəsinin alınmadığını bildirəcəkdir. Lakin toy mərasimindən kifayət qədər pul yığılmamış və onun əlavə borcu yaranmışdır. Bu səbəbdən də o, İddiaçı aldığı pulu geri qaytara bilməmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, İddiaçı oğlunun məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 43,50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2350 (iki min üç yüz əlli) manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi 43,50 manat, cəmi 2393,50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddaçı İddiaçı ödənilsin. Qətnamədən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar