Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-463/2024 20.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5085 (beş min səksən beş) manat və 70,85 (yetmiş manat səksən beş qəpik) manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı izahatını onunla əsaslandırmışdır ki, Ələt -Astara-İran sərhəddi yolunun 136-cı km-də Cavabdeh məxsus bir baş iribuynuzlu heyvanı yola çıxmış, həmin vaxt həmin yol istiqamətində onun mülkiyyətində olan və etibarnamə ilə X5 tərəfindən idarə edilən «Toyota Corolla» minik markalı, **-DX-*** dövlət nişanlı avtomaşınla heyvanı vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, onun mülkiyyətində olan avtomobillə ziyan dəymişdir. Salyan rayonu «İnam- 93» istehsalat -kommersiya kiçik müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 45 nömrəli ziyan aktında «Toyota Corolla» minik markalı, **-DX-*** dövlət nişanlı avtomaşına 5085 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli 3(057)-189/2024 saylı Salyan rayon Məhkəməsinin qərarına əsasən Cavabdeh AR İXM 338.7-ci maddəsilə təqsirli bilirmişdir. Həmin qərara əsasən Cavabdeh hadisəyə görə təqsiri sübuta yetirildiyindən və onun mülkiyyətində olan avtomobilə cavabdehə məxsus heyvan avtomobilin qarşısına çıxdığına görə ziyan dəydiyi müəyyən edildiyindən Cavabdeh 5.085 manat məbləğində dəymiş ziyanın və ödədiyi 70,85 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Həmçinin Cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında izahat verərək bildirmişdir ki, hadisə baş verən yerin yaxınlığında çoban işləyir. xx.xx.2024-cü il tarixdə yoldan səs-küy eşitmiş və yolda maşının inək vurduğunu öyrənmişdir. Həmin gün ona məxsus inək itdiyindən oğlunu hadisə barədə maraqlanmağa göndərmişdir. Daha sonra özü də hadisə yerinə getmiş və bu zaman maşın vuran inəyin ona məxsus olmadığını, həmçinin oğlunun döyüldüyünü görmüşdür. Həmin vaxt hadisə yerinə yol polisinin əməkdaşları gəlmiş, ondan şəxsiyət vəsiqəsini istəmişlər. Daha sonra polis əməkdaşları onu öz avtomobillərinə əyləşdirərək, ona yazı yazdırmışlar. İzahatın oğlunun döyülməsi ilə bağlı olduğunu düşünmüşdür. Bununla bağlı həmçinin 102 xidmətinə də məlumat vermiş, oğlunu xəstəxanaya aparmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏQDİM EDİLMİŞ SÜBUTLAR: Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(057)-189/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X Tağım YPX-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Etibarnamənin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, X1 Səhrana Münasib qızının mülkiyyətində olan «Toyota Corolla» minik markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2024- cü il tarixdə Ələt-Astara- İran sərhəddi yolunun 136-cı km-də «Toyota Corolla» minik markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomaşın Ələt istiqamətində hərəkətdə olan zaman hərəkət zolağında heyvanı vurmuşdur. Salyan rayonu «İNAM-93» istehsal-kommersiya kiçik müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 45 nömrıli ziyan aktından görünür ki, «Toyota Corolla» minik markalı,**-DX-*** dövlət nömrə nişanlı avtomobil qəzadan sonra 5085 manat ziyan dəymişdir. YPX-nin inspektoru E.Novruzov tərəfindən alınmış Cavabdeh izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən 19:00 radələrində ona məxsus olan 3 baş iri buynuzlu heyvanı örüşdə sahibsiz otlayırmış. Heyvanlardan biri magistralın mühafizə olunan zolağından keçərək avtomagistrala çıxmışdır. Nəticədə **-DX-*** dövlət nömrə nişanlı maşın onun inəyini vurmuşdur. Heyvan ölmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 70,85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, Ələt -Astara-İran sərhəddi yolunun 136-cı km-də Cavabdeh məxsus bir baş iribuynuzlu heyvanı yola çıxmış, həmin vaxt həmin yol istiqamətində onun mülkiyyətində olan və etibarnamə ilə X5 tərəfindən idarə edilən «Toyota Corolla» minik markalı, **-DX-*** dövlət nişanlı avtomobil heyvanı vurmuşdur. Hadisə nəticəsində «Toyota Corolla» minik markalı, **-DX-*** dövlət nişanlı avtomobilə Salyan rayonu «İNAM-93» istehsal-kommersiya kiçik müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 45 nömrıli ziyan aktına əsasən 5085 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli 3(057)-189/2024 saylı Salyan rayon Məhkəməsinin qərarına əsasən Cavabdeh AR İXM 338.7-ci maddəsilə təqsirli bilirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia tələbinə qiymət verərək, hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsidir. Qeyd olunan hüquq normasına görə Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh məxsus bir baş iri buynuzlu inəyin nəzarətsiz saxlanılması nəticəsində X3 etibarnamə ilə idarə etdiyi «Toyota Corolla» minik markalı, **-DX-*** dövlət nişanlı avtomobilə zərər vurması Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(057)-189/2024 saylı qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapır. Bundan əlavə məhkəmə iclasında Cavabdeh inəyin ona məxsus olmaması barədə izahatına münasibətdə məhkəmə qeyd edir ki, sonuncu iş materiallarında olan YPX əməkdaşlarına verdiyi izahatında inəyin ona məxsus olmasını etiraf etmişdir. Həmçinin onun oğlunun döyülməsi ilə bağlı izahatına münasibətdə məhkəmə qeyd edr ki, göstərilən halın hazırki işin nəticələri üçün heç bir əhəmiyyəti yoxdur. Bu barədə digər hüquq mühafizə orqanlarına müraciət emək hüququ vardır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 5085 manat və iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 70,85 manat tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 5.085 (beş min səksən beş) manat və iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 70,85 (yetmiş tam yüzdə səksən beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi və elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(038)-463/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-463/2024
20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver